Linus Torvalds

From Wikipedia, the free encyclopedia

Linus Torvalds
Remove ads

Linus Benedikt Torvalds (28 dekabr 1969[1][2][…], Helsinki[3]) — fin proqram təminatı mühəndisi. O, Linux nüvəsinin yaradıcısı və baş tərtibatçısıdır. Torvalds həmçinin Git versiya nəzarət sisteminin yaradıcısıdır.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Fəaliyyəti

Linus Torvalds 28 dekabr 1969-cu ildə Finlandiyanın Helsinki şəhərində anadan olmuşdur. O, on yaşında ikən babası ona Commodore VIC-20 kompüterini almış və Linus da bu kompüterdə babası üçün bəzi statistikaları tutmaqda kömək etməyə başlamışdır. Beləliklə, kompüterlə bərabər gələn bəzi proqramların əl kitabçalarını oxuyaraq bir çox sadə proqramı öyrənmə fürsəti əlinə keçmişdir. Helsinki universitetinin kompüter elmi bölümünə girdiyi vaxt isə artıq tam təşəkküllü proqramçı idi.

Linux nüvəsinin proqramlaşdırılmasını başlatmışdır. İndi o həmin layihənin koordinatoru kimi fəaliyyət göstərir.

Linuxu fərdi kompüterlərdə (PC) işləyən tam təşəkküllü Unixvari əməliyyat sistemini proqramlaşdırmaq üçün Torvalds Minix-dən (Endrü Tanenbaum tərəfindən proqramlaşdırılan əməliyyat sistemi) ilham almışdır.

Hal-hazırda Linux bir sıra digər arxitekturalarda da işləyir.

Remove ads

İstinadlar

Həmçinin bax

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads