Lorens Kun

From Wikipedia, the free encyclopedia

Lorens Kun
Remove ads

Lorens Yakovleviç Kun (alm. Lorenz Jakob Kun, 1884, Yelenendorf, Yelizavetpol qəzası1942) — Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Milli azlıqlar fraksiyasının sədri, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü.

Cəld faktlar Fraksiya, Şəxsi məlumatlar ...
Remove ads

Həyatı

Lorens Kun 1884-cü ildə əslən almanların yaşadığı Yelenendorf şəhərində anadan olmuşdur. 1915-ci ildən neft sənayeçisi Benkendorfun yanında sahə müdiri olaraq fəaliyyət göstərib.

1920-ci illərdə o, Gəncə rayonunda mühəndis kimi çalışmışdır. Gəncə Rayonu "Konkordiya" Üzümçü və Şərabçıların İstehsal Kooperativinin İdarə Heyətinin üzvü idi. Onun vəzifələrinə texniki hissənin idarə edilməsi, ofis işləri və mədəni-maarif işləri daxil idi.

Repressiya

Lorens Kun KQB tərəfindən "Konkordiya işi" səbəbilə 1925-ci ildə əvvəlcə 8 il müddətinə həbs olunur.[1] 5 ildən sonra isə azad olunur. 1930-cu ildə Gürcüstan şirkəti "Qruzneft"də baş mühəndis daxil olmaqla fərqli vəzifələrdə çalışır. 1933–1934-cü illərdə Gürcüstanda Mirzəan sahəsinin baş mühəndisi olaraq çalışmışdır.

Lorens Kun 18 fevral 1938-ci ildə yenidən həbs olundu və 5 il həbs cəzasına məhkum edildi. 18 fevral 1940-cı ildə SSRİ Daxili İşlər Komissarlığı Şimali Ural İTL rəhbərinin qərarı ilə Kaganoviç adına Tavda Dəmiryolu Stansiyaya köçürüldü. 1942-ci ildə Uxtada vəfat etdi.

Remove ads

Siyasi fəaliyyəti

Yelenendorfda işlədikdən sonra yerli Alman komitəsinə üzv seçilmişdir.

10 dekabr 1918-ci ildə Alman Milli Şurası sıralarından Azərbaycan Xalq Cümhuriyyəti Parlamentinin üzvü seçilmiş, sənədləri 15 dekabr tarixində təsdiqlənmişdir. O, parlamentdə Milli azlıqlar fraksiyasının üzvü və sədri olmuşdur.[2][3][4][5][6]

Parlamentin 10 dekabr 1918 tarixli sayca 2-ci iclasında Lorens Kun azərbaycanlılar və almanlar arasındakı 100 illik dostluq haqqında belə çıxış etmişdir.[7]

" ...ən səmimi qonşuluq əlaqələrimiz heç vaxt pozulmamışdır. Azərbaycan Xalq Cümhuriyyəti almanları sakitcə gələcəyə baxır, öz milli mənsubiyyətlərinin qorunacağına və sakit iş həyatına davam edəcəyinə ümidlidir və müstəqil Azərbaycanın xeyrinə çalışacaqlar.. "
Remove ads

Ailəsi

  • Xanımı Lina Forer — (d.1898) "Forer qardaşları" Səhmdar Cəmiyyətinin qurucularından olan Henrix Forerin qızı
  • Oğlu: Alfred Kun — (d. 1925)
  • Qızı: Qertruda Kun — (d. 1917)
  • Qardaşları: Robert Kun, Samuil Kun (d. 1870), İmmanuel Kun (d. 1881)

Mənbə

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads