Məmməd Quliyev (bəstəkar)
Azərbaycan bəstəkarı From Wikipedia, the free encyclopedia
Remove ads
Məmməd Quliyev — bəstəkar, əməkdar incəsənət xadimi, pedaqoq, ictimai musiqi xadimi.
Remove ads
Həyatı
Məmməd Mehdi oğlu Quliyev 1936-cı il fevralın 9-da Azərbaycanın Göyçay rayonunda anadan olmuşdur. 1958-ci ildə Bakı Musiqi Texnikumunu tar sinfi üzrə (R. Məmmədbəyli) və kompozisiya sinfi üzrə (M. Əhmədov) müvəffəqiyyətlə bitirərək, Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Konservatoriyasına — Qara Qarayevin sinfinə daxil olmuş və 1963-cü ildə təhsilini uğurla başa vurmuşdur. Onun diplom işi kimi təqdim etdiyi ilk irihəcmli əsəri — I simfoniyası Dövlət imtahan komissiyası tərəfindən yüksək qiymətləndirilmiş və bəstəkarın simfonik musiqi sahəsindəki gələcək nailiyyətlərini müəyyənləşdirmişdir.
60-cı illərdə yaradıcılıq yoluna qədəm qoyan bəstəkarın maraqlı, orijinal və yüksək bədiiliyi ilə seçilən əsərləri nəinki Azərbaycanda, habelə onun hüdudlarından kənarda musiqi ictimaiyyətinin diqqətini cəlb etmişdir. Sonralar Məmməd Quliyevin əsərləri Ümumittifaq müsabiqələrində, festival, qurultay və plenumlarda, həmçin ABŞ, Fransa, Almaniya, İtaliya, Avstriya, Çexiya, Slovakiya, Polşa, Finlandiya, Türkiyə, İraq, Misir, Küveyt, Çin, Yaponiya və digər ölkələrdə uğurla səslənmiş, Azərbaycan musiqisini təmsil etmişdir.
Məmməd Quliyev çoxşaxəli yaradıcılıq fəaliyyətini müəllimlik fəaliyyəti ilə üzvü şəkildə uzlaşdıraraq, uzun illər (1960-cı ildən ömrünün sonuna qədər) Asəf Zeynallı adına Bakı Musiqi Kollecində pedaqoji fəaliyyətlə məşğul olmuş və gənc musiqiçi nəslinin yetişməsində əlindən gələni əsirgəməmişdir.
İctimai musiqi xadimi kimi Məmməd Quliyev 1966-cı ildən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, onun İdarə Heyətinin üzvü, habelə "Simfonik musiqi bölməsi"nin və "Kamera müsiqisi bölməsi"nin fəal üzvlərindən biri olmuşdur.[1] Dəfələrlə SSRİ Bəstəkarlar İttifaqının İdarə Heyətinin üzvü seçilmişdir.
Məmməd Quliyev milli operanın janr çərçivəsini genişləndirmiş, Mirzə Fətəli Axundovun "Aldanmış kəvakib" adlı povesti əsasında yazdığı Aldanmış ulduzlar operası Azərbaycanda ilk və hələlik yeganə opera-satira nümunəsi yaratmış, Ələkbər Salahzadənin sözlərinə bəstələdiyi vokal səhnəciklərdə ilk dəfə musiqimizə qrotesk səciyyəli obrazlar gətirmiş, ilk dəfə qeyri-adi heyətlər, məsələn, qoboy və bas-klarnet, fleyta-pikkolo və kontrabas üçün sonatalar yazmış, Fikrət Qoca ilə bahəm yaratdığı 3-cü simfoniyasında isə ilk dəfə partituraya solo vokal (xalq müğənnisi) partiyası və xor daxil etmişdir.
Bəstəkarın həyat yoldaşı Cülyetta MirAslan qızı Quliyeva — filoloq, pedaqoq — Nəriman Nərimanovun həyat yoldaşı Gülsüm xanım Nərimanovanın qardaşı qızıdır.
Bəstəkarın yeganə övladı Mehdi Məmməd oğlu Quliyev — tanınmış həkim psixiatrdır.
Remove ads
Mükafatları
- Azərbaycan SSR əməkdar incəsənət xadimi — 01.12.1982[2]
Əsərləri
- Opera
- Vokal əsərləri
- "Dədə Qorqud diyarı — Azərbaycan" birhissəli kantata — bariton, soprano, xor və böyük simfonik orkestr üçün — Fikrət Qocanın sözlərinə
- "Şəbi-hicran" lirik poema — xor və böyük simfonik orkestr üçün — Məhəmməd Füzulinin sözlərinə
- "Rekviyem" birhissəli kantata — metso-soprano, soprano, xor və böyük simfonik orkestr üçün — Fikrət Qocanın sözlərinə
- "Poema — Rekviem" — bas, xor və böyük simfonik orkestr üçün — Ələkbər Salahzadənin sözlərinə
- "Üç portret" vokal silsiləsi — Ələkbər Salahzadənin sözlərinə — Ü. Hacıbəyova ithaf
- "Abşeron" üçhissəli kantata — qarışiq xor və böyük simfonik orkestr üçün — Yusif Həsənbəyin sözlərinə
- "Əməyin himni" ("Əməyin fəsilləri") dördhissəli kantata — soprano, xor və böyük simfonik orkestr üçün — Ələkbər Salahzadənin və Vidadi Paşayevin sözlərinə
- "Bahar bayramı" kantata — soprano, qarışıq xor və böyük simfonik orkestr üçün — Vidadi Paşayevin sözlərinə
- "Kənd kantatası" — solistlər, xor və böyük simfonik orkestr üçün
- "Nizami haqqında dastan" oratoriya — qarışiq xor üçün — a capella — Ələkbər Salahzadənin sözlərinə
- "Lirik poema" — soprano, 2 fleyta, fortepiano və simli orkestr üçün — Nizami Gəncəvinin sözlərinə
- "Bizim dağlar" oratoriya — solist, xor və böyük simfonik orkestr üçün — Hüseyn Cavidin sözlərinə
- "Dağlar" qarışıq xor üçün — a capella — Səməd Vurğunun sözlərinə
- "Ballada" səs və fortepiano üçün — A. Xaldeyevin sözlərinə
- "Iki ballada" soprano və fortepiano üçün — Hüseyn Cavidin sözlərinə
- "Qəzəl" soprano və simfonik orkestr üçün — Nizami Gəncəvinin sözlərinə
- İki Azərbaycan Mahnısı: "Ceyran", "Gəl bizə"
- 7 Azərbaycan Xalq Mahnısı
- başqa vokal əsərləri.
- Simfonik və kamera-instrumental əsərləri
- 7 simfoniya :
- I (1963),
- II (1968) — "Антивоенная",
- III (1970) — "Mən — Azərbaycanam" — Fikrət Qocanın sözlərinə,
- IV (1984) — "Muğam",
- V (1988) — Rauf Abdullayevə ithaf,
- VI (1990),
- VII (1993) — "Xəmsədən damlalar".
- "Simfoniya — rekviyem" — Xocalı hadisələrinə həsr olunmuş
- "Simphonia Domestica" — kamera orkestr üçün
- "Simfoniyetta" — 4 hissəli böyük simfonik orkestr üçün
- "Rekviyem" — 20 Yanvar şəhidlərinə həsr olunmuş — böyük simfonik orkestr üçün
- "Muğamsayağı" və "Aşıqsayağı" — kamera orkestr üçün
- "Çağırtılar" ("Позывные") — böyük simfonik orkestr üçün. https://www.youtube.com/watch?v=7AzofITb_cA
- Təntənəli KONSERT — UVERTÜRA — böyük simfonik orkestr üçün
- "Bayram marşı" — böyük simfonik orkestr üçün
- "Bayram poeması" — simli alətlər və 2 fortepiano üçün
- "Lyarqo və Skertso" — kamera orkestr üçün
- "Kədərli musiqi" — kamera orkestr üçün
- "Romantik poema" — böyük simfonik orkestr üçün
- Sonata — pikkolo və kontrabas üçün
- Sonata — qaboy və basklarnet üçün
- 2 pyes — kamera orkestri üçün — Qara Qarayevə ithaf (1975)
- "Nostalgiya" — böyük simli orkestr üçün — Qara Qarayevə ithaf (2000)
- "Cangi" — qaboy, zurna və böyük simfonik orkestr üçün
- Konsert — tar və fortepiano üçün
- "Rondo" — tar və fortepiano üçün
- Konsert — skripka və orkest üçün
- Konsert — violonçel və kamera orkestr üçün
- Hərbi Marş — nəfəsli orkestr üçün
- "Nonet" — nəfəsli və zərb alətləri üçün
- "Trio" — skripka, fortepiano və violonçel üçün
- Kvartet — iki skripka, alt və violonçel üçün
- "Variasiyalar" — simli kvartet üçün
- "Fortepiano üçün albom" — 20 fortepiano üçün pyes (Məmməd Quliyev. Fortepiano üçün albom)
- "Türk xalq mahnısı" — 2 skripka və fortepiano üçün
- başqa simfonik və kamera-instrumental əsərləri.
Remove ads
Video
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads