Rauf Abdullayev
Azərbaycan dirijoru From Wikipedia, the free encyclopedia
Remove ads
Rauf Canbaxış oğlu Abdullayev (29 oktyabr 1937, Bakı) — Azərbaycan dirijoru, Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru (1984–2023), professor (1982), Azərbaycan SSR xalq artisti (1982), Azərbaycan SSR Dövlət mükafatı (1988), "Qızıl çinar" beynəlxalq mükafatı laureatı (2018).
Remove ads
Həyatı
Rauf Abdullayev 1937-ci ildə anadan olmuşdur. Əslən Qubadlının Qarağac kəndindəndir. 1959-cu ildə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Konservatoriyasını və 1965-ci ildə isə Leninqrad Dövlət Konservatoriyasını dirijorluq üzrə bitirmişdir.
1965–1968-ci illərdə M. F. Axundov adına Azərbaycan Dövlət Opera və Balet Teatrının dirijoru, 1968–1984-cü illərdə baş dirijoru, 1984–2023-cü illərdə Ü. Hacıbəyov adına Azərbaycan Dövlət Simfonik Orkestrinin bədii rəhbəri və baş dirijoru, 1991–1997-ci illərdə Ankara Dövlət Opera və Balet Teatrının bədii rəhbəri və baş dirijoru, beynəlxalq əhəmiyyətli musiqi festivallarının və layihələrin iştirakçısı olmuşdur. 20 ildən artıq bir müddətdə teatrın baş dirijoru kimi 30-a yaxın opera və balet tamaşalarına (istər klassik, istərsə də müasir repertuarda) dirijorluq etmişdir. Bir çox ölkələrdə (Rusiya, Almaniya, Hollandiya, İsveçrə, fransa, Türkiyə, Misir, ABŞ, İtaliya, Dubay, və s.) məşhur kollektivlərə dirijorluq etmişdir. Repertuarına bir çox qərbi Avropa, rus və Azərbaycan bəstəkarlarının əsərləri daxildir.
Remove ads
Ailəsi
Dövlət xadimi Canbaxış Abdullayevin oğlu, dirijor Kamal Abdullayevin və qoboyçu Azər Abdullayevin qardaşıdır.[1]
Təltif və mükafatları
- "Azərbaycan SSR xalq artisti" fəxri adı — 1 dekabr 1982
- "Azərbaycan SSR əməkdar incəsənət xadimi" fəxri adı — 21 may 1970[2]
- Azərbaycan SSR Dövlət mükafatı — 26 aprel 1988 (1985–1987-ci illərdə konsert proqramları üçün)
- Azərbaycan SSR Lenin komsomolu mükafatı — 1976
- "İstiqlal" ordeni — 28 oktyabr 2017[3]
- "Şərəf" ordeni — 22 oktyabr 2012
- "Şöhrət" ordeni — 6 dekabr 1997
- "Xalqlar dostluğu" ordeni[4]
- Azərbaycan SSR Ali Soveti Rəyasət Heyətinin fəxri fərmanı — 7 iyul 1967, 24 fevral 1979
- "Qızıl çinar" beynəlxalq mükafatı — 10 may 2018[5]
- I dərəcəli "Əmək" ordeni — 28 oktyabr 2022-ci il[6]
- "Heydər Əliyev" mükafatı — 10 may 2023[7]
- "Heydər Əliyevin 100 illiyi (1923–2023)" yubiley medalı (7 fevral 2024)
Rauf Abdullayev 1991-ci ildən 1997-ci ilədək baş dirijor kimi çalışdığı Ankara Opera və Balet Teatrında dirijorluq fəaliyyətinə görə iki dəfə Türkiyədə "İlin ən yaxşı dirijoru" adına layiq görülmüşdür.[8]
Filmoqrafiya
- Babək (film, 1979)
- Yeddi gözəl (film, 1982)
- Qətl günü (film, 1990)
- Özgə vaxt (film, 1996)
- Könül nəğməsində variasiyalar (film, 2002)
- Maestro (film, 2002)
- Bir anın həqiqəti (film, 2003)
- Arxada qalmış gələcək (film, 2004)
- Məhkumlar (film, 2006)
- Cavid ömrü (film, 2007)
- Maestro Niyazi (film, 2007)
- Cavad xan (film, 2009)
- Ölüm növbəsi (film, 2009)
- Buta (film, 2011)
- Tərsinə çevrilən dünya (film, 2011)
- Sübhün səfiri (film, 2012)
Remove ads
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads