Madaqaskar

From Wikipedia, the free encyclopedia

Madaqaskar
Remove ads

MadaqaskarHind okeanın qərbində və Afrikanın cənub-şərqində Madaqaskar və digər adaların üzərində yerləşən dövlətdir və paytaxtı Antananarivu şəhəridir. Antananarivu şəhəri hal-hazırda mühüm ticarət şəhərlərinin sırasındadır.

Thumb
Madaqaskar
Cəld faktlar Madaqasqar, Rəsmi dilləri ...
Thumb
Madaqaskar
Remove ads

Tarixi

Fransa parlamenti 1896-cı ilin avqustunda Afrikanın şərqindəki Madaqaskar adasını Fransanın müstəmləkəsi elan edərək adaya 15000 əsgər göndərdi. 1897-ci ilin sonlarında müqavimət hərəkatı tamamilə boğuldu. Adanı idarə etmək üçün general-qubernatorluq yaradıldı.

Coğrafiyası

Bitki örtüyü

Madaqaskarda bitki zonaları qərbdən şərqə bir-birini əvəz edir. Çox rütubətli şərq sahilboyunda və dağların şərq yamacında rütubətli tropik meşələr inkişaf etmişdir (səyahətçi ağacı, tamarind, müxtəlif palmalar), orta zonada otlu savanna, şərqdə isə tikanlı kolluqlar zonası yerləşir. Adanın şərq sahilində ensiz düzənlik sahənin dövrü rütubətlənən tropik meşələri altında əsasən qırmızı-laterit torpaqlar, dağların şərq yamacının daima rütubətli tropik meşələri altında humuslu dağ lateritləri inkişaf etmişdir. Şərq yamaclarda, yaylanın dövrü rütubətlənən tropik meşələrində və hündür otlu savannalarında dağ qırmızı torpaqlar, qərb və cənub sahil ovalıqlarında və dağətəyində kserofit tropik meşələrin qəhvəyi-qırmızı, quru savannaların qırmızı-qonur torpaqları inkişaf etmişdir. Madaqaskar ərazisində temperatur şəraitinin eyni olmasına baxmayaraq şərqdən qərbə yağıntıların miqdarının kəskin azalması coğrafi zonaların meridian istiqamətində uzanmasına səbəb olmuşdur. Burada coğrafi zonallıq eyni zamanda oroqrafik şəraitlə sıx əlaqədardır.

Remove ads

Əhalisi

24 200 000 nəfər əhalisi var.

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads