Memfis (Misir)

From Wikipedia, the free encyclopedia

Memfis (Misir)
Remove ads

Memfis (yun. Μεμφις, lat. Memphis, q.misir jnbw-HD, mn-nfr, Hwt-kA-ptH, mexAt-tA-wj, anx-tA-wj) — Aşağı Misirin paytaxtının adı, eyni zamanda Aşağı Misirin I nomu İnbu-hecin mərkəzi şəhəri. Memfis indiki Qahirədən cənubda, Nil çayının qərb sahilində yerləşmişdir. Eramızdan əvvəl təxminən 2925-ci ildə, Misirin birləşdirilməsi ilə əlaqədar olaraq, ilk fironlardan sayılan I Manes tərəfindən salınmışdır. Memfis uzun müddət Misirin paytaxtı olmuş və siyasi, dini, mədəni baxımdan böyük rol oynamışdır.

Əlavə məlumat Misir heroqliflərində ...
Remove ads

Tarixi

Memfis, qədim dövrdə Yuxarı və Aşağı Misirin birləşdirilməsi nəticəsində yaranmış ilk vahid Misir dövlətinin paytaxtı olmuşdur. Şəhər eramızdan əvvəl 2575-2130-cu illəri əhatə edən Qədim Krallıq dövründə Misirin inzibati və dini mərkəzi kimi çiçəklənmişdir. Bu dövrdə fironlar Memfisdə iqamət etmiş,şəhər ətrafında böyük məbədlər, qəbiristanlıqlar və piramidalar inşa olunmuşdur.

Memfis əsasən Ptah tanrısının kultu ilə əlaqələndirilirdi. Ptah sənətkarların və yaradılışın tanrısı sayılırdı və Memfisdə ona həsr olunmuş böyük məbəd mövcud idi. Şəhər həmçinin digər tanrıların, o cümlədən Nefertemin ibadət mərkəzi idi.

Qədim Krallıq dövründən sonra paytaxt statusunu itirsə də, Memfis sonrakı dövrlərdə də inzibati və dini əhəmiyyətini qoruyub saxlamışdır. Yeni Krallıq dövründə (təxminən e.ə. 1539-1075) şəhər fironların taxta çıxması və dövlət idarəçiliyi baxımından önəmli mərkəzlərdən biri olaraq qalmışdır. Bu dövrdə də Memfisdə çoxsaylı monumental tikililər inşa olunmuşdur. [3]

Remove ads

Arxeoloji əhəmiyyəti

Memfis yaxınlığında yerləşən Sakkara nekropolu şəhərin əsas dəfn sahəsi idi. Burada firon Coserin mərtəbəli piramidası və digər mühüm memarlıq abidələri yerləşir. Memfisdə həmçinin II Ramzesin nəhəng heykəli və Ptah məbədinin qalıqları aşkar edilmişdir.

Memfis və onun ətrafındakı nekropollar (Sakkara, Dahşur, Giza) UNESCO-nun Ümumdünya irsi siyahısına daxil edilmişdir.

Müasir vəziyyəti

Memfis şəhərinin qalıqları hazırda Mit Rahina adlı kəndin yaxınlığında yerləşir. Arxeoloji qazıntılar bu ərazidə davam edir və şəhər ərazisində açıq hava muzeyi fəaliyyət göstərir. Ən tanınmış eksponatlardan biri, yerə uzadılmış vəziyyətdə sərgilənən II Ramzesin nəhəng heykəlidir.

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads