Müstəqilliyin Bərpası Günü (Azərbaycan)

From Wikipedia, the free encyclopedia

Müstəqilliyin Bərpası Günü (Azərbaycan)
Remove ads

Müstəqilliyin Bərpası Günü və ya köhnə adı ilə Milli Müstəqillik GünüAzərbaycan tarixinin ən mühüm günlərindən biridir. 2021-ci ildən etibarən yeni adıyla "Müstəqilliyin Bərpası günü" (18 oktyabrda) kimi qeyd edilir.[1][2][3]

Cəld faktlar Rəsmi adı, Qeyd olunmağa başlayıb ...

XX əsrin sonlarında SSRİ-nin dağılması ilə yaranan tarixi şərait nəticəsində Azərbaycan dövləti öz müstəqilliyini ikinci dəfə bərpa etmişdir. 1991-ci il oktyabrın 8-də Azərbaycan Ali Sovetinin işə başlayan növbədənkənar sessiyası dörd gün ərzində müzakirələr aparmışdır. Nəhayət, "Azərbaycan Respublikasının dövlət müstəqilliyinin bərpası haqqında" Azərbaycan Respublikası Ali Sovetinin 1991-ci il 30 avqust tarixli Bəyannaməsini əsas götürərək, 1991-ci il oktyabrın 18-də Ali Sovetin sessiyasında tarixi sənəd olan "Azərbaycan Respublikasının Dövlət müstəqilliyi haqqında" Konstitusiya Aktı qəbul edilmişdir.[4]

Həmin vaxt sözügedən Konstitusiya Aktının lehinə Ali Sovetin 360 deputatından 231-i səs vermişdir, yerdə qalanlar ya sessiyaya qatılmayıb, ya da onun əleyhinə səs verməmişlər.

Qeyd olunan Konstitusiya Aktının 2-ci maddəsində deyilir: "Azərbaycan Respublikası 1918-ci il mayın 28-dən 1920-ci il aprelin 28-dək mövcud olmuş Azərbaycan Respublikasının varisidir". Həmin Konstitusiya Aktı altı fəsil, otuz iki maddədən ibarətdir və Azərbaycan Respublikasının Hüquqi Aktlarının Dövlət Reyestrinə daxil edilmişdir[5].

1991-ci il dekabrın 29-da ümumxalq referendumunda məsələ müzakirəyə çıxarılmışdır və əhalinin 95%-i səsvermədə iştirak edərək ölkənin müstəqilliyinə, suverenliyinə və istiqlaliyyətinə səs vermişdir.[6][7][8][9]

Azərbaycanın müstəqilliyi bərpa olunduqdan sonra dövlət bayrağı, himnigerbi haqqında da qanunlar qəbul edilmişdir.

Remove ads

Tədbirlər

1996-cı ildə keçirilən beşinci ildönümü tədbiri bu bayramla bağlı keçirilən ilk böyük tədbir olmuşdur.[10] 2001-ci ildə isə 10-cu ildönümü münasibətilə genişmiqyaslı bayram tədbirləri təşkil edilmişdir.[11][12]

2017-ci ildə Naxçıvan Muxtar Respublikasının paytaxtında ilk hərbi hissənin yaradılmasının 25 illiyi və müstəqilliyin bərpasının 26 illiyi münasibətilə hərbi parad keçirilmişdir. Tədbirdə Naxçıvan Ali Məclisinin sədri Vasif Talıbov və Azərbaycanın müdafiə naziri Zakir Həsənov iştirak etmişdir.[13][14][15]

Müstəqillik Günü ilə bağlı xatirə tədbirləri

Müstəqil Azərbaycanın ikinci hərbi paradı Azadlıq Meydanında 9 oktyabr 1992-ci ildə, Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının birinci ildönümü və eyni zamanda müstəqilliyin bərpası ildönümü münasibətilə keçirilmişdir. 1998-ci ildə Heydər Əliyevin prezident andiçmə mərasimi Müstəqillik Gününün qeyd olunması ilə eyni vaxta təsadüf etmişdir.[16][17]1999-cu ildə isə Naxçıvan Muxtar Respublikasının 75 illik yubileyi tədbirləri, yalnız altı gün sonra qeyd edilən Müstəqillik Günü ilə əlaqələndirilmişdir.[18]

Remove ads

İstinadlar

Həmçinin bax

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads