Mirzə Kazım bəy

Azərbaycan əsilli rus şərqşünası, tarixçi, türkşünas və filoloqu From Wikipedia, the free encyclopedia

Mirzə Kazım bəy
Remove ads

Mirzə Kazım bəy (rus. Мирза Казем-Бек; 22 iyun 1802[1][2], Rəşt27 noyabr (9 dekabr) 1870, Sankt-Peterburq) — Azərbaycan[3][4][5] və Rusiya şərqşünas-alimi, tarixçi, türkoloq və filoloq.

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

Mirzə Kazım bəy 1802-ci ildə İranın Rəşt şəhərində ruhani ailəsində anadan olmuşdur. Bir çox mənbələr onun milli mənsubiyyətinə görə azərbaycanlı olduğunu göstərsə də,[6][7][8] bəzi mənbələrdə onun "tatar mənşəli"[9] olması fikrini irəli sürmüşdürlər.[10][11] Qeyd etmək lazımdır ki, 19-cu əsr Rusiya ədəbiyyatı və elmi mənbələrində "tatar" termini tez-tez ümumilikdə azərbaycanlıları ifadə etmək üçün istifadə olunurdu.

Mirzə Kazım bəyin ailəsi əsrlərlə Quba və Dərbənd bölgəsində tanınmış ruhanilər və dövlət məmurları nəslindən olmuşdur. Onun babası Məhəmməd xan Qubada anadan olub, Quba xanı Fətəli xanın dövründə xanlığın maliyyə işlərinə rəhbərlik etmiş, Dərbənd hakiminin baş xəzinədarı və ərzaq təminatı üzrə müvəkkil kimi fəaliyyət göstərmişdir.[12] Atası Hacı Məhəmməd Qasım Kazımbəy 18-ci əsrin sonlarında Dərbənddə doğulmuş, daha sonra İrana köçmüşdür. Orada İslam hüququ (fiqh) üzrə təhsil almış, MəkkəMədinəyə həcc ziyarətinə dəfələrlə getmişdir. 1801-ci ildə İranda olarkən Rəşt valisi Mir Bağır xanın qızı Şərəf Nisə ilə evlənmiş və bu nikahdan gələcək şərqşünas alim Mirzə Məhəmməd Əli Kazımbəy, yəni Mirzə Kazım bəy dünyaya gəlmişdir. 1810-cu ildə Hacı Qasım ailəsi ilə birlikdə İrandan Dərbəndə qayıtmış, bir müddət sonra şəhərin şeyxülislamı təyin edilmişdir. Lakin 1820-ci ildə onun Quba xanı Şeyxəli xanla əlaqədə olması ehtimalı irəli sürülmüş, bu səbəbdən vəzifəsindən kənarlaşdırılmış, məhkəmə qarşısına çıxarılmış və Həştərxan şəhərinə sürgün olunmuşdur.[13]

Mirzə Kazım bəy müqəddəs İslam dininin əsasları, Azərbaycan və fars dillərini kamil şəkildə öyrənmək ilə yanaşı, həm də rus, türk və ərəb dillərinə də mükəmməl şəkildə yiyələnir. Cəmi 17 yaşında isə "Ərəb dilinin qramatikası" adlı kitabını yazır.[14] Atası isə oğlunun ruhani olmasını, İrana və Ərəbistana dini təhsil arxasınca getməsini istəyir.[14]

Remove ads

Dini görüşləri

Hələ Dərbənd şəhərində yaşadığı dövrdə tez-tez şotland-dini missionerlər ilə görüşür və onlarla saatlarla davam edən müzakirələr aparır. Bu müzakirələr gənc Mirzə Kazım bəyi Xristianlıq dininin əsaslarına dair mütəmadi suallara aparırır və o xaçpərəstlik haqqında daha geniş məlumat əldə etmək məqsədilə yəhudi və ingilis dillərini öyrənməyə başlayır. Ciddi götür-qoydan sonra bu dini qəbul etmək qərarına gəlir. Bu hadisə onunla ailəsi arasında uçurum yaradır və valideyn-övlad münasibətlərinin pozulması ilə nəticələnir. Ömrünün sonunadək, Xristianlıq dininə sitayiş edir.

Remove ads

Fəaliyyəti

Tarixçi kimi

Mirzə Kazım bəy bir sıra tarixi mövzularda qələmə aldığı kitabların müəllifidir. Türk dilində yazdığı "Əssəb əs-Səyyar" (Yeddi planet) əsəri Krım xanlığının 1466–1737-ci illər aralığındakı tarixi haqqındadır. 1841-ci ildə qələmə aldığı "Uyğurlar" əsərində isə qədim uyğurların tarixi haqqında dəyərli elmi məlumatlar verir. O, həmçinin Məhəmməd Əvabinin "Dərbəndnamə" əsərini (XVII əsr Dağıstan tarixi haqqında əsər) ingilis dilinə tərcümə edir və 1856-cı ildə nəşr etdirir. Ən böyük tarixi əsəri isə 1865-ci ildə nəşr olunmuş "Bab və Babilər: 1848–1852-ci illər İranda Dini və Siyasi Təlatümlər" əsəridir. Digər əsərləri isə başlıca olaraq İslam tədqiqatları mövzusunda olmuşdur: "Qurani-Kərimdə ahənglik" (1859), "MüridizmŞamil" (1859), "İslam tarixi" (1860).

Filoloq kimi

Mirzə Kazım bəy dilçiliyə xristianlığa dair əsərlərin Şərq dillərinə tərcüməsi ilə başlamışdır. Sonradan fransız, alman və tatar dillərini də öyrənir. 1825-ci ildə təhsilini davam etdirmək üçün Böyük Britaniyanın paytaxtı London şəhərinə dəvət olunur. Lakin Rusiya hakim dairələri bu təklifin həyata keçməsinə imkan vermirlər. Bunun əvəzində Rusiya İmperiyasının xüsusi sərəncamı ilə Mirzə Kazım bəy Omska tatar dili müəllimi olaraq göndərilir. Lakin Kazanda xəstəliyə tutulması səbəbindən Omska gedişi təxirə salınır və o heç vaxt bu şəhərə getmir. Kazanda olarkən, Mirzə Kazım bəy Karl Fuks adlı tarixçidən Kazan universitetində ərəb və fars dillərindən dərs demək təklifini alır. 1828-ci ildə Britaniya Kral Şərqşünaslar Cəmiyyətinə üzv və Kazan universitetində yenicə yaranmış "Türk dilləri" fakültəsinə rəhbər təyin olunur . 1835-ci ildə isə Rusiya Elmlər Akademiyasına müxbir üzv seçilir. 1839-cu ildə "DEMİDOV" mükafatına layiq görüləcək "Türk-Tatar dillərinin qramatikası" adlı fundamental elmi monoqrafiyasını yazır. Qeyd etmək lazımdır ki, o dövrlər Rus imperiyasında əksər Türk dilləri "Tatar" və ya "Türk-Tatar" adlı vahid dilin ayrı-ayrı dialektləri kimi qəbul olunurdu. Bu əsərində Mirzə Kazım bəy Osmanlı, Azərbaycan və digər Türk dillərinin və ya o zaman deyildiyi kimi, dialektlərinin fonoloji, morfoloji və sintaksis təhlil və müqayisəsini aparır. Əsər 1846-cı ildə ikinci dəfə nəşr olunur və Qərbi Avropada Türk dilləri barəsində ən zəngin elmi mənbə kimi geniş marağa səbəb olur. 1921-ci ildə Jan Denin "Türk dilinin qramatikası" (Osmanlı dialekti) əsərinin nəşrinə qədərki dövrdə Avropa universitetlərində əsas istinad ədəbiyyatı olaraq istifadə olunmuşdur.

1849-cu ildə Mirzə Kazım bəy Sankt-Peterburq Universitetində yenicə açılmış "Şərq dilləri" fakültəsinə dekan təyin göndərilir. 1863-cü ildə isə burada "Şərq tarixi" kafedrasını təsis edir. O, şərq mədəniyyətinin öyrənilməsinə maraq göstərən tələbələrin təcrübə ilə əlaqədar olaraq ekskursiyaylara göndərilməsinin təşkilinə nail olur. 1854-cü ildə Türk dilinə dair yeni "Türk dillərinin öyrənilməsində kurs dərsliyi" və 6700 sözdən ibarət "Rus-Türk lüğəti" nəşr etdirir. Həmin il "Şərq dillərində törəmiş Rus söz və söz birləşmlərinin izahına dair" əsərini də yazmağa müvəffəq olur.

1868-ci ildə Rus elmi dairələrində Türküstanın etnoqrafiyası, linqvistikası, numizmatika və epiqrafiyasının öyrənilməsinə yönələn akademik hərəkata başlayır. Lakin dahi alimin ölümü ona ən böyük arzusu, mənsub olduğu və həmişə sadiq qaldığı Türk millətinin həyati əhəmiyyətli vahid elmi-mədəni dəyərlər layihəsini həyata keçirməsinə imkan vermir.

Remove ads

Medalları və sahib olduğu adlar

  1. Rusiya Elmlər Akedemiyasının Müxbir üzvü.
  2. London şəhərində Böyük Britaniya və Şimali İrlandiya Kral Cəmiyyətinin üzvü (1829)[14]
  3. Danimarkanın Kopenhagen şəhərində Şimali Antikvarilər Kral Cəmiyyətinin üzvü (1843)[14]
  4. 3-cü dərəcəli "Müqəddəs Vladimir" ordeni (1851)
  5. 1-ci dərəcəli Aslan və Günəş ordeni (1855)
  6. Rusiya Elmlər Akedemiyasının 3 dəfə Demidov medalı mükafatçısı (1840, 1851, 1854)
  7. Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının kraliçası Elizavetanın Qızıl Medal laureatı.
  8. Peterburq Universitetinin fəxri doktoru və dekan.
  9. Türkşünas və filoloq.
  10. Omsk şəhərində tatar dili müəllimi.
  11. Britaniya Kral Şərqşünaslar Cəmiyyətinin üzvü.
  12. Kazan universitetinin fakültə rəhbəri və burada ərəb-fars dili müəllimi.
Remove ads

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads