Moldova

Şərqi Avropada dövlət From Wikipedia, the free encyclopedia

Moldova
Remove ads

Moldova və ya rəsmi adı ilə Moldova Respublikası (mold. Republika Moldova), keçmiş mənbələrdə Moldaviya[5]Şərqi Avropada dövlət. Moldova dənizə çıxışı olmayan ölkələrdən biridir. Şimal, şərq və cənubda Ukrayna, qərbdə isə Rumıniya ilə həmsərhəddir. Paytaxtı və ən böyük şəhəri Kişinyov şəhəri, ümumi sahəsi 33,846 kvadrat kilometrdir. Moldova 1940-cı ildə SSRİ tərəfindən Rumıniyadan qoparılmış Bessarabiya torpaqlarında yaradılmış və SSRİ-nin tərkibinə müttəfiq respublika statusu ilə daxil edilmişdir. Moldovanın Dnestr çayından şərqdəki əraziləri 1991-ci ildən tanınmamış Dnestryanı Moldov Respublikasının nəzarətindədir.

Cəld faktlar Tarixi, • Müstəqilliyin elanı ...
Remove ads

Etimologiya

Moldovanın adı Moldova çayının adındandır. Moldova Knyazlığının 1359-cu ildə əsası qoyulanda bu çayın vadisi siyasi mərkəz idi.

Əhali

Vətəndaşlıq

  • 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalınmasına yekunlarına əsasən[6]:
    Moldova əhalisinin ümumi sayı 3,383,332[6] nəfər olmuşdur. Onlardan:
    Moldova Respublikası vətəndaşları: 3,371,082[6] nəfər olmuşdur. Onlardan:
    İkili vətəndaşlığı olanlar: 12,705[6] nəfər
    Xarici dövlətlərin vətəndaşları: 6,486[6] nəfər olmuşdur. Onlardan:
    MDB və Baltikyanı dövlətlərin vətəndaşları: 5,554[6] nəfər
    Digər dövlətlərin vətəndaşları: 932[6] nəfər

Milli tərkib

Əlavə məlumat Etnik qrup, Dnestryanı R. ...
  • Qeyd: m.g. — Milliyyətini göstərməyənlər.

Dil

Hal-hazırda Moldovada rəsmi dil Moldovan dilidir. Bu dil Rumın dili ilə eynidir, lakin rumınlardan fərqli olaraq, Moldovanların öz xüsusi dialekti var. Ölkədə, əsasən də paytaxt Kişinyovda moldovanlar rus dilində də danışırlar.

Əlavə məlumat Etnik qrup, Say ...

*Qeyd: m.g. — Milliyyətini göstərməyənlər.

Remove ads

İqtisadiyyatı

Thumb
Moldovada şərab istehsalı

Moldaviyanın təsərrüfatının əsasını aqrar-sənaye kompleksi təşkil edir. K/t-da üstün yeri bitkiçilik tutur, onun aqrar sahələri üzümçülük-şərabçılıq, meyvə-tərəvəz konservi, aqrar-sənaye kompleksidir (ASK). Üzümçülük-şərabçılıq mərkəzi-Kodrlarda, tərəvəzçilik Dnestr subasarlarında, meyvəçilik hər yerində yayılmışdır, əsas dənli bitkisi buğda və qarığdalıdır. Meşə-çöl zonasında şəkər çuğunduru becərilir. Öz tələbatını taxılla tam ödəyir. Heyvandarlıq şimalı və mərkəzində südlük-ətlik və donuzçuluq, cənubunda qoyunçuluqdur. ASK-si tərkibində müxtəlif maşınqayırma (bağçılıq traktorları, soyuducular, yeyinti avadanlıqları) sahələri inkişaf etdirilmişdir. İstilik və su-elektrik stansiyaları fəaliyyət göstərir.

Təhsil

  • 5–12 oktyabr 2004-cü il əhali siyahıyaalmasının yekunlarına əsasən:
    Ümumi ölkə əhalisinin sayı: 3,383,332 nəfər olmuşdur. Onlardan:
    10 yaş və yuxarı yaşda olan əhalinin sayı: 3,012,069[11] nəfər olmuşdur. Onlardan:
    Ali təhsillilərin sayı: 304,091[11] nəfər
    Orta-xüsusi peşə təhsillilərin sayı: 287,328[11] nəfər
    Orta təhsillilərin sayı: 910,387[11] nəfər
    Məcburi orta təhsillilərin sayı: 869,254[11] nəfər
    İbtidai təhsillilərin sayı: 533,111[11] nəfər
    Təhsili olmayan ancaq oxuyub-yazmağı bacaranların sayı: 77,431[11] nəfər
    Təhsili olmayan və oxuyub-yazmağı bilməyənlərin sayı: 30,025[11] nəfər
    Təhsili səviyyəsi haqqında məlumatları bildirməyənlərin sayı: 442[11] nəfər

Siyasət

Ana məqalə: Moldovada seçkilər

Seçkilər sistemi

Moldovada seçkilər milli qanunvericiliyə uyğun olaraq keçirilir. Moldovanın parlamenti (Parlamentul) 4 ildən bir keçirilən seçkilərdə vətəndaşlar tərəfindən seçilir. Parlamentin 101 üzvü var. 2001-ci ildən etibarən ölkənin prezidenti parlament üzvləri tərəfindən seçilir. Moldova konstitusiyasına uyğun olaraq bir namizəd iki dəfə prezident seçilə bilər. İlk dəfə prezident seçilmək üçün parlamentin 61 deputatının dəstəyi, ikinci müddətə seçilmək üçün isə 51 deputatın səsi lazımdır. Heç bir namizəd prezident seçilmək üçün lazımi qədər səs toplaya bilməsə parlament seçkiləri yenidən keçirilir. Moldovanın hazırli prezidenti Nikolae Timofti 23 mart 2012 tarixində Moldovanın prezidenti seçilib.

Remove ads

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads