Nina Dobrev

From Wikipedia, the free encyclopedia

Nina Dobrev
Remove ads

Nina Dobrev (bol. Нина Константинова Добрева; 9.1.1989[5]) —bolqar mənşəli Kanada aktrisası.

Cəld faktlar Doğum adı, Doğum tarixi ...

Aktrisanın debütü Degrassi: The Next Generation serialında tənha gənc ana rolu Mia Cons (Mia Jones) ilə olmuşdur. Lakin aktrisa The CW telekanalının dram janrında lentə aldığı "Vampirin gündəlikləri" teleserialından sonra dünya şöhrəti qazanmışdır.

Remove ads

Həyatı

Dobrev Bolqarıstanın paytaxtı Sofiya şəhərində doğulub. İki yaşında ikən o, ailəsi ilə birgə sonradan məşhurluq qazandığı Kanadanın Ontario vilayətinin Toronto şəhərinə köçüb. Onun anası rəssam, atası isə bilgisayar mütəxxəsisidir. Onun Aleksandr adlı mühəndis təhsili alan böyük qardaşı var.[6] Aktrisa Ontarioda J. B. Tyrrell Sr. Ümumi məktəbində və "Wexford Collegiate School for the Arts in Scarborough"da təhsil alıb. Nina kiçik yaşlarından incəsənətə böyük maraq göstərərək rəqs, gimnastika, teatr, musiqi və oyunçuluqla məşğul olub. Dobrev həmçinin onun böyük istedadının aşkarlandığı Torontodakı Dean Armstrong Acting məktəbində də təhsil alıb.

Remove ads

Kariyerası

Fəaliyyətinə model kimi başlayan Nina Dobrev tezliklə film industriyasına cəlb olunmuş, Fugitive Pieces, Away from Her, Never Cry Werewolf filmlərində və Degrassi: The Next Generation serialında kiçik rollar canlandırmışdır. O, eyni zamanda MTV telekanalında The American Mall filmində də rol almışdır. Aktrisa daha çox The CW telekanalının ekranlaaşdırdığı "Vampirin gündəlikləri" teleserialında canlandırdığı iki vampir qardaşın sevdiyi gözəl qadın Yelena Gilbertin və Vətəndaş müharibəsi zamanında ABŞ-də yaşamış və xarici görünüşcə tamamilə Yelena Gilbertlə eyni olan vampir qadın (həmin qadın Yelenanı sevən iki vampir qardaşı dişləyərək vampirə çevirir) Ketrin Piersin (Katherine Pierce) rolunu canlandırmışdır.

Aktrisa həmçinin Sony Pictures Classics tərəfindən çəkilmiş və 26 mart 2010-cu ildə ekranlara çıxan Chloe erotik trillerində də kiçik bir rol almışdır. Film ABŞ-də ilk nümayişlərindən $3 milyon gəlir gətirərək 2010-cu ilin ən uğurlu filmlərindən biri olmuşdur.[7]

Nina Dobrev həmçinin 2010-cu ilin avqustunda keçirilən 62-ci Primetime Emmy Awardsda da iştirak etmişdir.

Remove ads

Şəxsi həyatı

Nina Dobrev ingilis, fransız, bolqar dillərini bilir[8]. Vampirin gündəlikləri teleserialında çəkilərkən, Dobrev, Atlantada yaşayırdı . Lakin 2015-ci ildə serialı bitirdikdən sonra Los-Ancelesə köçmüşdür.[9]

Filmoqrafiyası

Əlavə məlumat İl, Film ...
Remove ads

Mükafat və nominasiyalar

Əlavə məlumat İl, Mükafat ...
Remove ads

Televiziya

  • Playing House — (2006)
  • Degrassi: The Next Generation — (2006–2009)
  • My Daughter's Secret — (2007)
  • Too Young to Marry — (2007)
  • The Border — (2008)
  • Never Cry Werewolf — (2008)
  • The American Mall — (2008)

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads