Nizami Xudiyev

Azərbaycan siyasətçisi və alimi From Wikipedia, the free encyclopedia

Nizami Xudiyev
Remove ads

Nizami Xudiyev (1 aprel 1949, Şahbuz rayonu25 may 2021) — Azərbaycan Respublikasının Milli Məclisinin I, IIIII çağırış deputatı, filologiya elmləri doktoru, professor.

Cəld faktlar Əvvəlki, Sonrakı ...
Remove ads

Həyatı

Nizami Manaf oğlu Xudiyev 1949-cu il aprelin 1-də Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunda anadan olmuşdur. Azərbaycan Dövlət Pedaqoji İnstitutunun filologiya fakültəsini bitirmişdir. Filologiya elmləri doktoru, professordur. Əməkdar elm xadimi, "Qızıl qələm" mükafatı laureatıdır. 60-dan çox kitabın, 300-dən çox məqalənin müəllifidir. Rus və alman dillərini bilir.

Azərbaycan Yazıçılar Birliyinin və Jurnalistlər İttifaqının üzvüdür. Lütfizadə adına Beynəlxalq Müasir Elmlər Akademiyasının və Nyu-York Elmlər Akademiyasının həqiqi üzvüdür.

1970-ci ildən Azərbaycan Dövlət Pedaqoji İnstitutunda müəllim, baş müəllim, dosent, professor, həmkarlar ittifaqı komitəsinin sədri, birinci prorektor işləmişdir. 1994–1996-cı illərdə Azərbaycan Dövlət Pedaqoji Universitetinin rektoru olmuşdur. 1996-cı ildən Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Şirkətinin sədri, 2005–2006-cı illərdə Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Qapalı Səhmdar Cəmiyyətinin sədri vəzifələrində çalışmışdır.

Yeni Azərbaycan Partiyası Siyasi Şurasının və İdarə Heyətinin üzvüdür.

Birinci və ikinci çağırış Azərbaycan Respublikası Milli Məclisinin deputatı olmuşdur.

2005-ci il noyabrın 6-da 56 saylı Xaçmaz kənd seçki dairəsindən deputat seçilmişdir. Milli Məclisin Elm və təhsil məsələləri daimi komissiyasının üzvüdür. Azərbaycan-Amerika Birləşmiş Ştatları, Azərbaycan-Belarus, Azərbaycan-Böyük Britaniya, Azərbaycan-Hindistan, Azərbaycan-Pakistan, Azərbaycan-Türkiyə parlamentlərarası əlaqələr üzrə işçi qruplarının üzvü olub.

Evlidir, 3 övladı var. Prezident İlham Əliyev Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Nizami Xudiyevə Prezidentin fərdi təqaüdünün verilməsi haqqında sərəncam imzalamışdır.[1].

Nizami Xudiyev 23 may 2021-ci ildə böyrək çatışmazlığından vəfat etmişdir.[2][3]

Remove ads

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads