Okean

From Wikipedia, the free encyclopedia

Okean
Remove ads

Okean (yun. Ωκεανός, qədim yunanlarda tanrının adı, köhn. azərb. aqyanus[1]), köhnə mənbələrdə Mühit[2] — Dünyanın bir hissəsini təşkil edən, materiklər arasında yerləşən, suyun sirkulyasiya sisteminə və digər spesifik xüsusiyyətlərə malik olan böyük su obyekti. Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanının səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 km2) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır. Suda dərinliyi bərabər olan nöqtələri birləşdirən xətlərə izobat deyilir.

Dünya okeanını ən çox öyrənən 1872–1874-cü illərdə Çellencer adında ingilis gəmisi olub.

Beynəlxalq Hidroqrafiya Təşkilatının 2000-ci il qərarına əsasən 60 dərəcə cənub paralelindən Antarktikaya qədər olan sular Cənub okeanı adlandırıldı.

Dünya Okeanı 5 okeana ayrılır, bunlar Sakit okeanAtlantik okeanıHind okeanıCənub okeanı və Şimal Buzlu okeanıdır. Bunlardan ən isti sulu Hind okeanı, ən soyuq sulu isə Şimal buzlu okeanıdır.

Remove ads

Geomorofloji termin

Okean materiklərlə əhatə olunması ilə əlaqədar olaraq onun səthi üzərində iqlim şəraitinin müxtəlifliyinə, səthi və dərinlik axınlarının yaranmasına səbəb olan müstəqil atmosfer sirkulyasiyası sisteminə və bunun sayəsində hidroloji, hidrokimyəvi və bioloji xüsusiyyətlərinin üfüqi və şaquli paylanma sisteminə malikdir.[3]

Dünya Okeanı

Thumb
Okeanlar

Tərkibinə okean və dənizlərin daxil olduğu Dünya Okeanını səthinin sahəsi Yer səthinin 71 %-ə yaxın hissəsini (361,900,000 m²) təşkil edir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçdülər. Ən müasir cihaz isə exoqrafdır. Suda dərinliyi bərabər olan nöqtələri birləşdirən xətlərə izobat deyilir. Okeanları okeanologiya elmi öyrənir. Okeanların dibinin relyefi mürəkkəb və müxtəlifdir. Okeanın dərinliyini əvvəllər lotla ölçürdülər. Sonralar isə exolotla ölçməyə başladılar. Ən müasir cihaz isə exoqrafdır. Suda dərinliyi bərabər olan nöqtələri birləşdirən xətlərə izobat deyilir.

Dünya okeanını ən çox öyrənən 1872–1874-cü illərdə Çellencer adında ingilis gəmisi olub.

Remove ads

Okeanın stratifikasiyası

Ağırlıq qüvvəsi sahəsində okeanın dəniz suyunun sıxılması nəticəsində bölünməsinə okeanın stratifikasiyası deyilir. Okeanın istilik balansı (Hs) əsasən buxarlanma istiliyi, effektiv şüalanma və turbulent istiliyi cəmindən ibarətdir. Istilik balansının illik qiyməti 100 kkal/sm² bərabərdir.[4]

Okeanın su balansı

Okenın su balansı adətən yağıntıların və buxarlanmanın fərqi ilə müəyyən olunur, yəni: P – E Ümumiyyətlə dünya okeanında bu fərq mənfi kəmiyyətdir. Hesablamalara görə P ≈ 4.12 və E ≈ 4.53 * 1020 q/il və fərq 0.41*1020 q/il. Bu kəmiyyət E kəmiyyətinin 9 %-ni təşkil edir. P – E kəmiyyətinin illik qiyməti +200 q/sm2–dan 150 q/sm2 arasında tərəddüd edir.[5]

Okeanın ümumi sirkulyasiyası

Okean üzərində hava hərəkətlərini müstəvi və zaman miqyasında iki qrupa bölmək olar:[5]

  • Kiçik və mezomiqyaslı hərəkətlər
  • İrimiqyaslı hərəkətlər

Kiçik və mezomiqyaslı hərəkətlər

Kiçik miqyaslı hərəkətlərə aiddir:

  1. Turbulent hərəkətləri
  2. Naziklaylı şaquli mikrostruktur hərəkətlə
  3. Akustik dalğalar
  4. Səth üzərində mövcud olan kapilyar dalğalar
  5. Səth üzərində olan qravitasiya dalğaları[6]

Meandr

Okean və dənizlərdə əsas su axınından ayrılan eninə dalğalara meandr deyilir. Həmin dalğaların uzunluğu 300–400 km bəzi hallarda 500 km bərabər olur, yayılma sürəti 6–10 sm/s. Meandrların yaranmasına səbəb şırnak axınlarının baroklin dayanıqsızlığıdır. Mezomiqyaslı hərəkətlərə aiddir:

  1. daxili qravitasiya dalğaları
  2. inersion tərəddüdlər
  3. axın

İrimiqyaslı atmosfer hərəkətlərinə aiddir:

  • Sinoptik hərəkətlər
    1. Atmosfer sinoptik hərəəkətlərin yaratdığı həyəcanlanmalar
  • Mövsümi tərəddüdlər (əsasən musson axınları)
    1. Okean suyunun üst qatlarında yaranan axınlar (kvazi stasionar axınlar)
    2. Okeanda sakit termoxal axınlar
    Remove ads

    Okeanlar

    Əlavə məlumat Sahəsi (km2) (%), Həcmi (km3) (%) ...
    Remove ads

    Okeanların sahəsi və okeanların ən dərin yerləri

    Əlavə məlumat Sahəsi (km2) (%), Həcmi (km3) (%) ...
    Remove ads

    Həmçinin bax

    İstinadlar

    Loading related searches...

    Wikiwand - on

    Seamless Wikipedia browsing. On steroids.

    Remove ads