Otello (opera)

From Wikipedia, the free encyclopedia

Otello (opera)
Remove ads

Otello (it. Otello) — İtalyan bəstəkar Cüzeppe Verdinin, Arriqo Boytonun librettosuna bəstələdiyi 4 aktlı opera əsəri. Opera ilk dəfə 5 fevral 1887-ci ildə Milanda, La Skala səhnəsindədə F. Tamano (Otello) və V. Morelyanın (Yaqo) iştirakı ilə oynanılmışdır.

Cəld faktlar Bəstəkar, Librettoçu ...
Remove ads

I akt

Kipr əhli tufanda itkin düşmüş canişinin yerinə yeni xələfin gəlməsini səbirsizliklə gözləyirlər. Yeni canişin Otello türk donamasının məhv olma xəbərini verir. Gizir Yaqo Otellonun arvadı Dezdamonaya vurulmuş zadəgan Rodriqo ilə sövdələşirlər. Kassionun rütbəsinin artırılması Yaqonun paxıllığını daha da artırmış olur. Yaqo Kassionu içirdib zabit Montano ilə davaya təhrik edir. Otello Kassionun rütbəsini əlindən alır. Bu zaman Dezdamona gəlir və onlar it. “Già nella notte densa s'estingue ogni clamor” duetini oxuyurlar.

Remove ads

II akt

Yaqo Kassioya kömək üçün Dezdamonaya müraciət etməsini məsləhət görür. Onun getməsindən sonra it. “Credo in un Dio crudel” ariyasını oxuyur və Otelloya Dezdamonanın xəyanətkar olduğunu işarə edir. Xor Otellonu sakitləşdirməyə çalışsa da Otello arvadı ilə dalaşır və onun yaylığını yerə atır. Yaqonun arvadı Emiliya yaylığı götürür. Yaqo israr edir ki, yaylığı Kassioda görmüşdür.

III akt

Yaqo Otelloya onun Kassio ilə söhbətinə qulaq asmasını rica edir. Dezdamonanın Kassio üçün xahişi qısqanc Otellonu daha da qıcıqlandırır və onu qovur. Bu zaman o, it. “Dio! mi potevi scagliar tutti i mali della miseria” ariyasını oxuyur. Yaqo Otellonun gözü qabağında Kassionu sevgilisi haqqında söhbətə çəkir, elə edir ki güya söhbət Dezdamonadan gedir. Söhbətin sonunda Kassio Dezdamonanın yaylığını göstərir. Bunu görən mavr Dezdamonaya əl qaldırır və xoru qovur. Bu olanlara Yaqo isə sevincindən bayılıb qalır.

IV akt

Yatmağa hazırlaşan Dezdamona it. “Piangea cantando nell’erma landa ” balladasını və it. “Ave Maria” duasını ifa edir. Otello Dezdamonanı öpür və onunla dialoqdan sonra onu boğub öldürür. Emiliya və digər personajlar daxil olurlar. Otello anlayır ki, arvadı ona xəyanət etməmişdir və özünü öldürür.

Thumb
Otellonun Dezdamonanı öldürmə səhnəsi

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads