Pirbudaq

From Wikipedia, the free encyclopedia

Pirbudaq
Remove ads

Pirbudaq (1403, Dəməşq1418, Təbriz) — müstəqil Qaraqoyunlular dövlətinin ilk sultanı (şərti olaraq).

Cəld faktlar Pir Budaq ibn Əbu Nəsr Yusif Bahadır, Sonrakı ...
Remove ads

Həyatı

Pirbudaq atası Qara Yusif Dəməşqdə həbsdə olarkən dünyaya gəlmişdir. Daha sonra Əhməd Cəlayır Pirbudağı oğulluğa götürmüşdür. 1405-ci ildə Qara Yusif və Əhməd Cəlayir həbsdən azad edilmişdir.[1]

Pirbudaq 1410-cu ildə Qaraqoyunlular Cəlairiləri məğlub etdikdə hakimiyyətə gəlmişdir. Bunun səbəbi Pirbudaqın atası Qara Yusifin şah nəslindən gəlmədiyi üçün adətlərə görə taxta çıxa bilməməsi idi.[2][3] Ancaq Qara Yusif əvvəlcədən oğlunu müttəfiqi Əhməd Cəlayıra oğulluğa verdiyi üçün Pirbudaq uşaq yaşında hakimiyyətə gəlir, ali hakimiyyət isə atasında qalır. 1412-ci ildə Kür çayı sahili döyüşündə məğlub edilənlər arasında olan gürcü hökmdarı I Konstantin özünü məğrur apardığına görə Qara Yusif və Pirbudaq onu öz əlləri ilə öldürür.

Pirbudaq 1418-ci ildə vəfat etdi. Bundan sonra Qara Yusif xütbəni öz adına oxutdurub, Qaraqoyunlu səltənət taxtına əyləşdi.[2]

Remove ads

İstinadlar

Ədəbiyyat

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads