PostgreSQL

From Wikipedia, the free encyclopedia

PostgreSQL
Remove ads

PostgreSQL (/ˈpstɡrɛs ˌkjuː ˈɛl/, POHST-gres kyoo el)[5][6] — genişlənəbilmə və SQL uyğunluğunu vurğulayan azad və açıq mənbəli relyasiyalı verilənlər bazası idarəetmə sistemi (RDBMS). Berkli Kaliforniya Universitetində hazırlanmış Ingres verilənlər bazasının davamçısı olaraq POSTGRES adlandırılıb.[7][8] 1996-cı ildə layihə SQL dəstəyini əks etdirmək üçün PostgreSQL olaraq adlandırıldı. 2007-ci ildə tərtibatçılar ad olaraq PostgreSQL, ləqəb olaraq isə Postgres istifadə etməyə qərar verdi.[9]

PostgreSQL atomiklik, ardıcıllıq, izolyasiya, davamlılıq (ACID) xüsusiyyətləri, avtomatik yenilənən nəticələr, materiallaşdırılmış nəticələr, triggerlər, xarici açarlar və saxlanılan prosedurlarla əməliyyatlar edir.[10] O şəxsi istifadədən tutmuş verilənlər xəzinəsinə və ya çoxlu eynianlı istifadəçisi olan veb xidmətlərə qədər bir sıra iş yükünü idarə etmək üçün nəzərdə tutulub. Postgres macOS Server üçün standart verilənlər bazasıdır.[11][12][13][14] Eyni zamanda Linux, FreeBSD, OpenBSD və Windows üçün də mövcuddur.

Remove ads

Həmçinin bax

İstinadlar

Əlavə ədəbiyyat

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads