Prodik

From Wikipedia, the free encyclopedia

Prodik
Remove ads

Prodik (yun. Πρόδικος, təxminən e. ə. 465395) — qədim yunan filosofu, sofistlər məktəbinin təmsilçisi.

Cəld faktlar

Dilçilik elmi və əxlaq problemləri ilə məşğul olmuşdur. O həm də dinlərin yaranması nəzəriyyəsini irəli sürmüşdür. Onun fikrincə, insanlar onlara xeyir gətirən günəş, çaylar, dənizlər kimi təbiət obyektlərini tanrılaşdırmışlar. Buna o, Misirdə Nil çayının tanrılaşdırılmasını örnək gətirirdi. Prodikə görə, bundan sonra insanların fəaliyyətlərinə uyğun olaraq şərabçılıq, dəmirçilik, sənətkarlıq və s. tanrıları uydurulmuşdur. Beləliklə, Prodik hesab edirdi ki, tanrıların yaranması insan fəaliyyəti və duyğuları ilə bağlıdır. Buna görə də, onlara ibadət edilməsinin heç bir mənası yoxdur. Bu fikirləri açıqladıqdan sonra Prodik təqiblərə məruz qalmışdır.[1]

Remove ads

İstinadlar

Mənbə

Ədəbiyyat

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads