Prometium
From Wikipedia, the free encyclopedia
Remove ads
Prometium (Pm) — D. İ. Mendeleyevin elementlərin dövri sistemində 61-ci element. Bu element neodim və samazium arasında yerləşməli olan nadir torpaq elementinin axatarışlarında müxtəlif minerallarda dəfələrlə kəşf olunub. Və İllionoysk Universitetinin şərəfinə illinium, Florentiya Universitetinin şərəfinə florensium, siklotronda yeni element almağa cəhd nəticəsində alındığından siklonium adlandırılmışdır. Amma bu kəşflər təsdiq olunmamışdır. Lantanoidlər zəncirində çatışmayan manqa ilk dəfə olaraq 1947-ci ildə amerika tədqiqatçıları Ceykob Marinski, Lourens Olepdenin və Çarlz Koriell uranın nüvə reaktorunda parçalanma məhsullarını xromatoqrafik ayırarkən aşkar etmişlər. Təbii elementin axtarışlarının uğursuzluğu aydın oldu: prometiumun izotoplarının hamısı nibətən az yaşam müddətli radioaktiv izotoplardır. Koriellin arvadı təklif edir ki, bu elementə allahlardan odu oğurlayaraq insanlara verən Prometeyin adı verilsin. Bununla nüvə "odunda" dəhşətli güc olması qeyd edilmişdir.
Kimya haqqında olan bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Remove ads
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads