Alban təqvimi
From Wikipedia, the free encyclopedia
Remove ads
Alban təqvimi — Qafqaz Albaniyasında istifadə olunmuş sivil və dini təqvim. Bu təqvimin varlığını ilk dəfə 1832-ci ildə Mariy Brosse irəli sürmüşdür.[1] Ananiya Şirakatsiyə aid 114 nömrəli əlyazmaya istinad edən Brosse bu təqvimdə 12 ay olduğunu göstərir. Təqvim avqust ayından başlayırdı. Ayların adları həm Udi dilində həm də Fars dilində izah olunur. Paris, Tbilisi həmçinin İrəvanda saxlanılan 12 fərqli əlyazmada bu aylar sıralanmışdır. Utili tarixçi Ovannes İmastaserin (1047–1129) qeydlərinə əsasən qədim Alban və Gürcü təqvimləri 29 Avqustda başlayırdı. Bu təqvimin əsasında Udi təqvimi hazırlanmışdır.
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Remove ads
Cənubi Qafqaz təqvimləri
Qədim Gürcü, Erməni və Alban təqvimlərindəki ayların adları bənzər olmuşdur.
Remove ads
Aylar
Navasardun
Alban təqvimində ilk ay olmuşdur. Əslən orta pəhləvi dilində olub "yeni il" mənasına gəlir.
T'ule
Alban təqviminin ikinci ayı. T'ul — albanca olub, "şərablıq üzüm" deməkdir.[2] Udi dilində də üzüm mənasına gəlir.[Qukasyan 1]
Namos'
Alban təqviminin üçüncü ayı. Bu ad üçün iki ehtimal irəli sürülüb. Bir ehtimala görə o farsca ibadət mənasına gələn "namaz" sözündəndir, ikinci bir ehtimala görə isə bu yenə farsca olan "nəm" sözündən gəlir.
Çil
Təqvimin dördüncü ayıdır. Udi dilində "toxum" mənasına gəlir.[Qukasyan 2]
Bokavon
Təqvimin beşinci ayı. Udi dilindəki "yığmaq, dərmək" mənasına gələn[Qukasyan 3] "bok'sun" sözündən yarandığı güman edilir.[3]
Altı və yeddinci aylar
Alban təqviminin altıncı və yeddinci aylarının mənası barədə etimoloji təklif irəli sürülməmişdir.
J'qul
Alban təqviminin səkkizinci ayıdır. Udi dilində "yaz, bahar" mənasına gəlir.[Qukasyan 4]
Doqquz və onuncu aylar
Bu ayların adlarının mənası haqqında məlumat yoxdur və Udi dili ilə də açıqlanmır.
Exna
Alban təqviminin on birinci ayıdır. Udi dilində "ex" sözü "biçin" mənasına gəlir.[Qukasyan 5]Gürcü və Erməni təqvimindəki paralel aylar da "biçin ayı" mənası verir.[4]
Baxna
Alban təqviminin son ayıdır. Udi dilində be'q' sözü "günəş" mənasına gəlir.[Qukasyan 6]
Remove ads
Mənbə
- Jost Gippert, Annual of Armenian Linguistics 9, 1988, 35–46.
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads