Qədir Sultanov

Azərbaycan paleontoloq From Wikipedia, the free encyclopedia

Remove ads

Qədir Məmməd oğlu Sultanov (1918, Ərdəbil1995, Bakı) ― geologiya-mineralogiya üzrə elmlər dok­to­ru (1956), AMEA-nın müxbir üzvü (1968).[1]

Cəld faktlar Doğum tarixi, Doğum yeri ...
Remove ads

Həyatı

Qədir Sultanov 1918-ci ildə İranın Ərdəbil şəhərində anadan olub. Ali təhsilini 1938-1945-ci illərdə Bakı Dövlət Universitetinin Bio­logiya fakültə­sində alıb.[1]

Əmək fəaliyyəti

Qədir Sultanov Böyük Vətən müharibəsi iştirakçısı olub. 1945-ci ildə Bakı Dövlət Universitetini bitirdikdən sonra 1956-cı ilə qədər Geologiya və Geo­fizika İnstitutunda, 1957-ci ildə isə Azərbaycan Dillər Universitetində işlə­mə­yə baş­layıb.[1]

Elmi fəaliyyəti

Qədir Sultanov 1948-ci ildə fəlsəfə doktoru, 1956-cı il­də geologiya-mineralogiya üzrə elmlər dok­to­ru elmi dərəcələrini alıb, 1968-ci ildə Azərbaycan Milli Elmlər Akademiya­sının müxbir üzvü seçilib.[1]

Alim paleontologiyada ilk dəfə olaraq, gec miosen hövzələri fauna­sının öyrənilməsində fiziki-kimyəvi üsul­ları tətbiq edib. O, Azərbaycanda Sar­mat faunası tiplərinin inkişafı və məhv olması xa­rak­terini müəyyən edib.[1]

Qədir Sultanov Azərbaycan paleontologiya elmində yeni istiqamət olan paleo­bio­geo­kimyanın əsasını qoyan alimlərdən olub. O, Abşeron mərtə­bəsini üç yarımmərtəbəyə və onları da daha kiçik stratiqrafik vahidlərə bölüb. Bu sxe­m alp geosinklinal qurşağının qapalı hövzələrinin böl­güsü üçün əsas ol­muşdur. Abşeron mollusklarının təsnifatının əsaslarını və onların filoge­netik sxemini, elementlərin biogen miqrasiyasının tədqiqi üsul­larını işləyib hazırlayıb. Onun paleontologiya və stratiqrafiya sahə­sindəki əsas nailiyyətləri sis­tematika, müqayisəli morfologiya, ekogenez, gec kaynozo­yun biostratiqrafiyası və s. ilə əlaqədardır.[1]

Qədir Sultanov xeyli sayda elmi məqaləmo­noq­rafiyaların müəllifidir.[1]

Ölümü

AMEA-nın müxbir üzvü Qədir Sultanov 1995-ci ildə Bakıda vəfat edib.[1]

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads