Ramiz Mustafayev (bəstəkar)

Azərbaycan bəstəkarı From Wikipedia, the free encyclopedia

Ramiz Mustafayev (bəstəkar)
Remove ads

Ramiz Hacı oğlu Mustafayev (16 oktyabr 1926, Türkmənabad10 aprel 2008, Bakı) — Azərbaycan bəstəkarı, professor (2001), Azərbaycan SSR xalq artisti (1987), "Şöhrət" ordeni laureatı (2001).

Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Remove ads

Həyatı

Ramiz Mustafayev 1926-cı il oktyabrın 16-da anadan olub. 1941-ci ildə isə Teatr Texnikumunun aktyorluq şöbəsinə daxil olub. Təhsil illərində Gənc Tamaşaçılar Teatrında, sonra isə Azərbaycan Dövlət Akademik Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. 1948-ci ildə isə Azərbaycan Dövlət Konservatoriyasına daxil olub, professor Bülbülün sinfində müğənniliyin sirlərini öyrənib. 1952-ci ildə Konservatoriyanın vokal şöbəsini müvəffəqiyyətlə bitirib. O, "Vaqif", "Polad", "Aydın", "Şirin", "Xan və əkinçi", "Tərs keçi" operalarının müəllifidir. R. Mustafayev 1968 – 1973-cü illərdə Azərbaycan Bəstəkarlar İttifaqının katibi vəzifəsində çalışıb. 1957-ci ildən Bəstəkarlar İttifaqı İdarə Heyətinin üzvü olub. Musiqi sənətimizin inkişafına görə, "Şöhrət" ordeninə layiq görülən bəstəkar xüsusilə irihəcmli, monumental musiqi janrlarında əsərlər yazıb. O, baletdən başqa bütün janrlara müraciət edib. Bəstəkar 6 opera, 6 musiqili komediya, 9 oratoriya, kantata, 8 simfoniya, 300-dən çox mahnı və romans, müxtəlif səpkili instrumental əsər və s. yazıb.[1]

2002-ci ildən prezident təqaüdçüsü olub.[2]

10 aprel 2008-ci ildə Bakıda vəfat etmişdir.

Remove ads

Əsərləri

Operalar
  • "Şirin" (1957) — diplom işi[3]
  • "Vaqif" (1960)
  • "Xan və əkinçi" (1962)
  • "Tərs keçi" (1964) — Teymur Elçinin librettosu əsasında birpərdəli uşaq operası
  • "Polad" (1964) — Ənvər Əlibəylinin əsəri əsasında radio-opera
  • "Aydın"
Musiqili komediyalar, operettalar
Digər vokal əsərləri
Uşaqlar üçün
Remove ads

Filmoqrafiya

  1. O olmasın, bu olsun (film, 1956)

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads