Səpələnmiş ölümlər arasında
From Wikipedia, the free encyclopedia
Remove ads
Səpələnmiş ölümlər arasında (ing. In Between Dying) – 2020-ci il istehsalı Azərbaycan dram filmi. Azərbaycan, Meksika və ABŞ-nin birgə istehsalı ilə çəkilən filmin rejissoru Hilal Baydarov,[2] bəstəkarı Kənan Rüstəmlidir. 2020-ci ildə 77-ci Venesiya Film Festivalında nümayiş etdirilərək Qızıl Şir mükafatına namizəd olan ilk Azərbaycan istehsalı film olmuşdur.[3][4] 2020-ci ilin noyabrında isə Yaponiyada keçirilən Tokyo Filmex film festivalında "Ən yaxşı film" nominasiyasında qalib olmuşdur.[5]
Remove ads
Məzmun
Film Davud adlı gəncin məhəbbət hekayəsindən bəhs edir. Yanlış anlaşılan, narahat həyatına məna və sevgi gətirəcəyinə inanaraq əsl ailəsini axtaran Davud günlərin birində ard-arda gözlənilməz qəzalar yaşayır. Bu qəzalar hər dəfə ölümlə nəticələndiyi zaman gözəgörünməz xatirələr və narahatlıqlar üzə çıxır.[6]
Rollarda
- Orxan İskəndərli Davud rolunda.
- Rəna Əsgərova gəlin rolunda.
- Məryəm Nağıyeva Davudun anası rolunda.
- Mürvət Əbdüləzizov həkim rolunda.
- Hüseyn Nasirov Qusi rolunda.
- Kamran Hüseynov İsa rolunda.
- Samir Abbasov Musa rolunda
- Kübra Şükürova azğın qız rolunda.
- Nərmin Həsənova İlahə rolunda.
- Oqtay Namazov sərxoş ər rolunda.
- Gülarə Hüseynova Şəms rolunda.
- Pərviz İsaqov Cemo rolunda.
- Gülnaz İsmayılova kor qızın anası rolunda.
Remove ads
İstehsal
Rejissor Hilal Baydarov bildirmişdir ki, filmi çəkərkən filmin ssenarisi ilə yaxından tanış deyildi, çünki rejissora görə "nə çəkdiyini bilirsənsə, çəkməyin mənası yoxdur". O, həmçinin film üçün Buddanın hekayəsində də təsirləndiyini əlavə etmişdir.[7]
Mükafat və nominasiyalar
Filmin 93-cü Oskar mükafatının Ən yaxşı beynəlxalq film nominasiyasına namizəd kimi təqdim olunması müzakirə olunsa da, Şəfiqə Məmmədovanın rəhbərliyi etdiyi Azərbaycandakı Oskar komitəsi tərəfindən imtina edilib.[8]
Remove ads
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads