Serxino Dest
From Wikipedia, the free encyclopedia
Remove ads
Serxino Cianni Dest (3 noyabr 2000[1]) — ABŞ-li peşəkar futbolçu. La Liqa təmsilçilərindən olan Barselona klubuna məxsusdur. İcarə əsasında Milan klubunda və futbol üzrə Amerika Birləşmiş Ştatları milli komandasında çıxış edir.[3]
Remove ads
Klub karyerası
Yonq Ayaks
Dest Ayaks akademiyası vasitəsilə inkişaf etmişdir. 2012-ci ildə Taylor Erediviziya təmsilçilərindən olan Ayaks klubu ilə müqavilə imzalamışdır. Atası Amerika vətəndaşı olduğuna görə Dest ABŞ millisini təmsil etmək qərarına gəlmişdir.[4] Dest öz peşəkar karyerasında debütünü 15 oktyabr 2018-ci ildə PSV II klubuna qarşı oyunda etmişdir. 14 oyunçu müxtəlif millilərə dəvət aldığı üçün Dest heyətə cəlb olunmuşdur.[5] O, 82-ci dəqiqədə Abdellah Aberkane ilə əvəz olunmuşdur. Eerste Diviziya görüşündə Yonq Ayaks rəqibinə 1–2 hesabı ilə məğlub olmuşdur.[6][7]
Barselona
Dest 2020-ci il oktyabrın 1-də 21 milyon + 5 milyon bonus qarşılığında Barselona FK klubuna transfer olunmuşdur.
Remove ads
Şəxsi həyatı
Dest Niderlandda anadan olmuşdur. Valideynləri isə ABŞ vətəndaşlarıdır.[8]
Karyera statistikası
- 27 oktyabr 2018 tarixində yenilənib[3]
1UEFA Çempionlar Liqası görüşləri daxildir.
2Niderland Superkuboku görüşləri daxildir.
Uğurları
Klub
Eredviziya U-19 — 2017–2018
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads