StarCraft
From Wikipedia, the free encyclopedia
Remove ads
"StarCraft" (hərfi mənada "ulduz sənəti") — "Blizzard Entertainment" tərəfindən yaradılmış hərbi strateji videooyun. Oyunun elmi-fantastik əhvalatı 26-cı əsrdə vaqe olur. Həmin vaxtda üç kosmik irq arasında (terranlar, protosslar və zerqlər) müharibə gedir.
Oyunun bir əlavə ("StarCraft: Brood War") və iki rəsmi addonu var. Cənubi Koreyada "StarCraft", xüsusilə "StarCraft: Brood War" üzərində peşəkar yarışlar keçirilir.
Remove ads
Geympley
"StarCraft"da oyunçu üç irqdən biri seçilməlidir. Hər bir irq öz fərqli qabiliyyətlərinə malikdir, lakin qüdrət cəhətindən bütün irqlər nisbətən bərabərdir. Oyunun məqsədi rəqib bazanı yaxud bir neçə bazaları dağıtmasıdır. İrqlərin hərbi potensialı toplanmış minerallar və qaza əsaslanır. Oyunçu bir baza və dörd fəhlə ilə başlanır. Terranlarda, yaxud insanlarda, həmin fəhlələr SCV (Space Construction Vehicle), protosslarda probalar, zerqlərdə isə dronlar adlanır. Fəhlələr minerallar və qaz toplayıb, müxtəlif qurmalar tikirlər. Protosslarda həmin qurmalar teleportasiya ilə, zerqlərdə isə dronların mutasiya nəticəsində meydana gəlir. ""StarCraft"ın bəzi xəritələrində rəqibi raş taktikası ilə məğlub etmək mümkündür. Həmin taktika tez hücuma yönəldilmiş iqtisadiyyata əsaslanır.
Bütün irqlərin silahları (həm incidici, həm də qoruyucu) apqreydə malikdir. O zamanda onların zərəri və qoruyucu qabiliyyətləri artılır. Bəzi hərbi vahidlər görünməzliyə malikdir və ancaq rəqib detektorlarla aşkar olunur (peşəkar yarışlarlarda həmin vahidləri kommentatorlar görürlər).
Remove ads
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads
