Start menyusu
From Wikipedia, the free encyclopedia
Remove ads
("Start" menyusu) Windows sisteminin əsas menyusu — tapşırıqlar panelində "Start" düyməsinin basılmasıyla və ya klaviaturada Windows loqotipi işarələnmiş klavişin sıxılmasıyla ekrana gələn Microsoft Windows menyusudur. Burası proqramların icrası üçün mərkəzi göndərilmə nöqtəsidir. İlk dəfə Windows 95 versiyasında çıxmışdır. Windows XP versiyasından başlayaraq, iki seçimə malikdir: "Klassik" — Windows ME/2000/98/95 versiyalarında çıxmışdır.
Bu məqaləni vikiləşdirmək lazımdır. |
"Standart" — Windows XP, Windows Vista defolt seçimdə təqdim olunur. Windows 7 versiyasında yalnız "Standart" menyu təqdim ounur "Klassik" seçim olmur.
İş masasının bəzi mühitlərində (məsələn, GNOME, Xfce, IceWM, FVWM 95, JWM, QVWM, KDE Plasma, LXDE, XPWM) analoji menyu var.
Remove ads
Versiyalar arası fərq
Windows 9x/2000-də "Start" menyusu
- "Sənədlər", "Proqramlar", "Axtarış" və "Quraşdırmalar" aiddir.
- Menyunun sol tərəfində Windows versiyası göstərilmişdir.
- İstifadəçinin adı əks olunmurdu.
- Sistemdən çıxış və kompüteri söndürmə ümumi bir bənddə "Söndür" düyməsində əks olunurdu.
Windows XP versiyasında "Start" menyusu
- İstifadəçi adının və avatarının təsviri
- Brauzerə və E-mail-ə giriş
- Tez-tez istifadə edilən proqramlara giriş
- Xüsusi qovluqların açılışı
- Kompüterin söndürülməsi
Windows Vista-da "Start" menyusu
- Menyunun sol tərəfində yerləşən "Bütün proqramlar" punktu
- "İşə salma" menyusunun alt sol hissəsində sənədlərin və proqramların sürətli axtarış sahəsi
- "Sənədlər" qovluğunun tərkib hissələri, "Şəkillərim", "Videolarım" və s. alt qovluqların menyunun sağ tərəfində yerləşməsi.
Windows 7-də "Start" menyusu
- Tez-tez baxılan faylların, tətbiqlərin sürətli açılışı funksiyası əlavə edilmişdir. Məsələn, əgər Microsoft Word bəndinə seçsək, onda bu bənddə tez-tez açılan faylların siyahısı çıxacaq.
- Bəzi menyu bəndləri də əlavə edilmişdir ("Recorded TV" və s.).
Windows 8-də "Start" ekranı
"Start" menyusu Windows 8-də sistemin yeni Metro-interfeys hissəsi olan "Start" ekranı ilə əvəz edilmişdi.
Windows 10-da "Start" menyusunun qaytarılması
Windows 10-da, Windows 7-in "Start" menyusu və 8-in "Start" ekranı birləşdiriliblər. Menyunun sol hissəsində tətbiqlərin siyahısı, sağ tərəfində isə tiles-lar vardır.
Remove ads
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads