Windows 8
Windows əməliyyat sisteminin versiyası From Wikipedia, the free encyclopedia
Remove ads
Windows 8 — Microsoft şirkətinin fərdi kompüterlər, noutbuklar və planşetlər üçün istehsal etdiyi əməliyyat sistemidir.
Windows 8 26 oktyabr 2012-ci ildə satışa çıxarılmışdır. Əməliyyat sisteminin planşet versiyasının birinci və ən gözəçarpan dəyişikliyi onun interfeysidir. Hazırda interfeysdə adət etdiyimiz "Start" düyməsi yoxdur, işçi masası isə klassik Windows -dan daha çox Windows Phone-a bənzədilir. Windows 8-də yüklənmə sürətini yüksəltmək, sistemin gözləmə rejimdən çıxma vaxtını azaltlmaq, enerji sərfiyyatı effektivliyini artırmaq, eləcə də personal kompüter istehsalçılarına, öz kompüterlərini əvvəlcədən qurulmuş əməliyyat sistemi ilə daha keyfiyyətli uyğunlaşdırmaq imkanı verən yeni alətlər təqdim edib. Windows 8 əməliyyat sisteminin final versiyasında qacetlər, yəni işçi masanın üzərində olan, informasiya və ya alətlərə qısa yol olan mini proqram əlavələri yoxdur. Əməliyyat sistemində iki yeni arxitektura dəstəklənir: SoC ("çip üzərində sistem" – System on a Chip) və ARM-dən gedir. Portativ qurğular üçün nəzərdə tutulmuş hər iki arxitektura ənənəvi "x86" platformasına nisbətən daha kiçik enerji sərfiyyatı və maya dəyəri ilə fərqlənir. Microsoft şirkətinin hesablamasına görə, Windows 8 əməliyyat sistemi istifadəyə verildikdən 3 gün sonra onun 4 milyondan çox surəti satılıb.
Remove ads
Yenilikləri və dəyişikləri


- Yeni Metro UI interfeysi və tam ekranlı Start
- Lokal istifadəçi yaratmaqla yanaşı, Microsoft hesabı ilə istifadəçi yaratmaq imkanı.
- Windows Explorer -in adı "File Explorer" -ə dəyişib, və ribbon interfeysi əlavə edilib.
- Task Manager redizayn edilib, tab-lara ayrılıb, və müasir Windows Task Manager-ə oxşardır.
- Windows Store (Microsoft Store) birinci dəfə bu ƏS-də meydana çıxdı.
- Store-ilə birlikdə bir çox yeni quraşdırılmış tətbiqlər də mövcuddur.
- Internet Explorer 10 - metro və klassik variyanları mövcuddur.
- Charms Bar - ekranın sol tərəfində panel, yalnız Windows 8-x də mövcuddur.
- "PC Ayarları" - yeni ayarlar tətbiqi, idarəetmə paneli-ni əvəz etmək məqsədi ilə yaradılmışdır.
- Lock Screen
- Yeni klaviaturanın düzümünün seçimi
Bu funksiyalar Windows 8-də yığışdırıldı:
- Start düyməsi və köhnə Start menyusu
- Windows Aero və pəncərələrin şəffaflığı
- Windows Vista/7 standart oyunları
- Windows Media Center (bir buraxılışında qaldı)
- Windows qacetləri
Remove ads
İnkişaf tarixi
Developer Preview - Consumer Preview - Release Preview - RTM
Windows 8.1-in yaradılması
Aparat tələbləri
Takt tezliyi 1 GHs olan prosessor, 2 GB operativ yaddaş, sərt diskdə 20 GB sərbəst yer, ən azı 1366x768 və DirectX 9 formatı dəstəkləməlidir.[2]
Buraxılış növləri
Windows 8 (Core) - ev istifadəçiləri üçün əsas buraxılış növü.
Windows 8 "Bing ilə" - Internet Explorer-in axtarış sistemi Bing-dir və onu dəyişmək olmur.
Windows 8 "Bir dil üçün" - sistem bir dildədir və onu dəyişmək olmur.
Windows 8 Pro - Core-dan muqasiyədə əlavə funksiyalar mövcuddur.
Windows 8 "Pro Windows Media Center ilə" - Windows Media Center mövcüddür.
Windows 8 Enterprise - korporativ seqment üçün buraxılış növü.
Windows RT - Windows 8-in ARM versiyası, planşetlər üçün yaradılıb, təkcə Windows Store-da olan tətbiqlərdən istifadə etmək olar.
Remove ads
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads