Supervulkan

From Wikipedia, the free encyclopedia

Supervulkan
Remove ads

Supervulkan[a]</ref> qeydə alınan ən yüksək indeks dəyərinə - 8 dərəcəli Vulkanik Partlama İndeksli püskürməyə sahib geniş vulkandır. Bu o deməkdir ki, partlayış nəticəsində meydana gələn çöküntünün həcmi normaldan 1000 kub kilometr (240 kub mil) daha böyükdür.[1]

Thumb
Toba gölünün peykdən çəkilmiş şəkli

Supervulkanlar maqmanın mantiya içərisindən yer qabığına doğru qalxıb, yer qabığını qıra bilməməsi və yaranan təzyiqə tab gətirə bilməyənədək böyük və artan ölçüdə maqma dənizinin yaratdığı təzyiq nəticəsində baş verir. Bu qaynar nöqtə şəklində (misal üçün Yellouston kalderi) və ya bir tavanın digər tava altına girdiyi əyilmə zonalarında (misal üçün Toba) meydana gələ bilər. Böyük həcimli supervulkanik partlayışlar, həmçinin, tez-tez lava və vulkanik küllü geniş əraziləri əhatə edən geniş püskürmə bölgələri ilə əlaqələndirilir.[2] Belə partlayışlar uzun müddət davam edən iqlim dəyişikliyinə (kiçik buz dövrünün tətiklənməsi kimi) və növlərin yox olma təhlükəsinə səbəb ola bilər.

Dünyada baş vermiş ən son 8 VEİ-li püskürmə, təxminən, 26 500 il əvvəl Yeni Zelandiyanın Taupo vulkanındakı Oruanuy püskürməsi olmuşdur.[3]

Thumb
Dünyada məlum supervulkanların xəritəsi:  Vulkanik Partlama İndeksi (VEİ) 8  Vulkanik Partlama İndeksi (VEİ) 7
Remove ads

Bilinən super püskürmələr

Tamamlanmamış statistikaya əsasən, indiyə qədər 8 dərəcəli VEİ-yə sahib ən az 60 supervulkan təsbit edilib.[4][5]

Əlavə məlumat Adı, Zona ...
Remove ads

Qeydlər

  1. Bu termini Helen Bricmanın 1926-cı ildəki Dünyanın İşğalı kitabında istifadə etməsiylə ingilis dilinə supervolcano olaraq daxil olmudşur.

İstinadlar

Mənbə

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads