TED

From Wikipedia, the free encyclopedia

TED
Remove ads

TED (ing. Technology Entertainment Design; Texnologiya, Əyləncə; Dizayn) — 1984-cü ildən keçirilən illik konfransları ilə tanınan, şəxsi qeyri-kommersiya fondudur. İntellektual konfransın məqsədi unikal ideyaları paylaşmaqdan ibarətdir. İdeyaların mövzuları fərqlidir:elm, incəsənət, dizayn, mədəniyyət, biznes, qlobal problemlər, texnologiyalar və əyləncələr. Bu günə qədər TED səhnəsində ABŞ-nin keçmiş prezidenti Bill Klinton, Nobel mükafatıçısı Ceyms Vatson, Microsoft-dan Bill Qeyts, Google-dan Erik Şmidt, Vikipedianın qurucusu Cimmi Ueyls kimi spikerlər çıxış etmişdir.

Thumb
Kurator Kris Anderson
Cəld faktlar Yaranma tarixi, Mərkəzi ...

Konfransın kuratoru və daimi aparıcısı Kris Andersondur.

Remove ads

Tarix

Thumb
Cimmi Ueyls "The birth of Wikipedia" TEDGlobal2015[1]

Konfrans ilk dəfə 1984-cü ildə baş tutmuşdur. Ilk TED konfransında yenicə buraxılmış "Macintosh" kompüteri, "Sony" istehsalı olan kompakt-disk təqdim olunmuş, süni intellekt və s. bu kimi hazırda geniş tətbiq olunan fikirlər üzrə çıxışlar olumuşdur.

1990-cı ildən etibarən TED konfransı hər il keçirilir.2001-ci ildən isə TED konfransının keçirilmə hüquqları "Sapling Foundation[2]"-na və bu fondun qurucusu Kris Andersona məxsusdur.

Remove ads

TED Talks

TED konfransında keçirilən hər bir çıxış TED Talk adlanır.

iPhoneAndroid qurğularında rəsmi və qeyri-rəsmi "TED" proqramlar mövcuddur.

Hazırda onlayn rejimdə 15 milyonluq auditoriya tərəfindən 100 milyondan çox baxılan 400 video vardır. TED Open Translation Project layihə çərçivəsində 8000-dən çox könüllü çıxışları bir neçə dillərə tərcümə edir.

TED Prize

TED Prize[3][4]- 2005-ci ildən tərtib olunan TED mükafatıdır. İlk vaxtlar hər il "dünyanı dəyişmək arzusu"-na (wish to change the world[5])

100 000 $-lıq 3 mükafat verilirdi.2010-cu ildən başlayaraq isə yalnız bir mükafat təqdim olunur.

  • 2005-ci il- BONO, Edvard Burtinskiy, Robert Fischell
  • 2006-cı il- Larry Brilliant, Jehane Noujaim, Cameron Sinclair
  • 2007-ci il- Bill Klinton, Edvard Vilson, Ceyms Naxtvey
  • 2008-ci il- Neil Turok, Dave Eggers, Karen Armstronq
  • 2009-cu il- Sylvia Earle, Jill Tarter, José Antonio Abreu
  • 2010-cu il- Ceyms Trevor Oliver
  • 2011-ci il- JR
  • 2012-ci il- City 2.0
  • 2013-cü il- Sugata Mitra
  • 2014-cü il- Charmian Gooch
  • 2015-ci il- David Isay
  • 2016-cı il- Sarah Parcak

TEDx

TEDx TED layihəsi olaraq, fərqli insanlara və ya kollektivlərə müxtəlif ölkələrdə, şəhərlərdə, universitetlərdə müstəqil TED tipli konfranslar təşkil etməyə icazə verir. TEDx, TED lisenziyası əsasında təşkil olunur.

Azərbaycanda TEDx ilk dəfə olaraq 2010-cu ildən etibarən keçirilməyə başlanmışdır (TEDxBakı[6]).

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads