Tabor

From Wikipedia, the free encyclopedia

Remove ads

Tabor (düşərgə və ya batalyon) — polkovnik-leytenant ya da mayorun rəhbərlik etdiyi, bölükdən böyük, alaydan kiçik hərbi-taktiki birləşmədir. Müasir orduların silahlarına görə tank taboru, piyada taboru, topçu taboru kimi əsas sinifləri vardır. Taborlar hava qüvvələrində "flot", artilleriya qüvvələrində isə "divizyon" adlanır.

Topçu taboru üç ya da dörd topçu batareyası — topçu bölüyü olaraq tərtib edilir.

Piyada taborları, iyirminci əsrdə bir qərargah bölüyü, bir atıcı bölüyü və bir ağır silah — tank, top — bölüyü olaraq təşkil edilmişdir. İndiki vaxtda da 800–900 əsgərdən ibarət olan taktika baxımdan əlverişli hərbi birlikdir.

Remove ads

Motaatıcı tabor

Əsas ünsürü motaatıcı silahlardan ibarət olan hərbi-taktiki tabor.

  • 3 motaatıcı bölük
  • Minaatan batareya
  • Artilleriya batareya
  • Yükdaşıyan avtomobil taqımı
  • Tankəleyhinə taqım
  • Qumbaraatan taqım
  • Texniki-təminat taqımı
  • Maddi-təminat taqımı
  • Tibbi-yardım

Tank taboru

Əsas ünsürü tanklardan ibarət olan hərbi-taktiki tabor.

  • 3 tank bölüyü
  • Rabitə taqımı
  • Texniki-təminat taqımı
  • Maddi-təminat taqımı
  • Tibbi-yardım

Rabitə taboru

Əsas ünsürü bağlı olduğu qərargah ilə digər bölmələrin ünsiyyətini təmin etməkdir.

  • Tabor qərargahı
  • Radio bölüyü
  • Estafet bölüyü
  • Təmir dəstəsi

Təmir taboru

Baxım təmir taboru, briqada tabeliyində hər cür çalışan maşın, təchizat və vasitələrin baxım və təmirini boynuna götürən texniki heyətləri saxlayan vahiddir. Baxım təmir taboru, ümumiyyətlə aşağıdakı kimi təşkilatlandırılır.

  • Tabor qərargahı
  • 2 Palitralı vasitə təmir bölüyü
  • 1 Təkərli vasitə təmir bölüyü
  • 1 Sursat təmir bölüyü
  • 1 Nəqliyyat vasitəsi qurtarma bölüyü
  • 1 Xüsusi təmir bölüyü
  • 1 Baxım təmir taqımı
Remove ads

İstehkam taboru

Briqadanın nəqliyyatı üçün lazımlı infrastrukturdan və ərazi təhlükəsizliyindən məsul vahiddir. İstehkam taborları ümumiyyətlə aşağıdakı kimi təşkilatlandırılır.

  • Tabor qərargahı
  • 1 Mina təmizləmə bölüyü
  • 1 İnşa bölüyü
  • 1 Yol körpü inşa bölüyü
  • 1 Səyyar körpü bölüyü
  • 1 İstehkam kəşf bölüyü
  • 1 Xəbərləşmə bölüyü
  • 1 Təmir taqımı

KQSM (kütləvi qırğın silahlarından müdafiə) taboru

Kimyəvi silahlar və bunların təsirlərinə qarşı lazım olan tədbirləri görməklə vəzifəli, xüsusi təhsilli işçilərdən yaradılar. Kimyəvi müdafiə etmə taborları aşağıdakılardan ibarətdir.

  • Tabor qərargahı
  • 1 Dekontaminasyon bölüyü
  • 1 Kimyəvi kəşfıyyat bölüyü
  • 1 Təmir taqımı

Tibbi yardım taboru

  • Tabor qərargahı
  • 1 Gigiyenika bölüyü
  • 1 Xəstə-yaralı nəqlıyyat bölüyü
  • 1 Dezinfeksiyon bölüyü
  • 1 Təmir taqımı

Azərbaycan Quru Qoşunlarının tabeliyindəki taborlar

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads