Talmud
From Wikipedia, the free encyclopedia
Remove ads
Talmud — Ravvin yəhudiliyinin mərkəzi mətni. Səlahiyyətcə ondan üstün yeganə kitab İbrani müqəddəs kitabı (digər adı: Tanax) sayılır, hansınınkı 5 kitabı əsasında Tövrat kitabı formalaşdırılmışdır.[1][2][3] Talmud yəhudi qanun sisteminin (הֲלָכָה, Halaxa) və yəhudi fəlsəfəsinin əsas mənbəyidir.[4][5][6][7] Talmud Mişna toplusunda tərtib edilmiş şifahi Tövratın hissələri və Gemara adlı ona verilmiş şərhlər toplusundan ibarətdir. Talmudda qrup olaraq Hazal adlanan minlərlə ravvin və Tövrat alimlərinin halaxa, yəhudi etikası, fəlsəfəsi, adət-ənənələri, tarixi və folkloru da daxil olmaqla müxtəlif mövzularda təlimləri, fikirləri və fikir ayrılıqları qeyd olunur. 18-ci və 19-cu əsrlərdə Haskala hərəkatından əvvəl Talmud demək olar ki, bütün icmalarda yəhudi mədəniyyətinin mərkəzində dururdu və bütün yəhudi düşüncəsi və arzularının təməlini təşkil edirdi, eyni zamanda yəhudilərin gündəlik həyatı üçün bələdçi rolunu oynayırdı.[8]

"Talmud" və "Gemara" bir-birini əvəz edə bilən terminlərdir.[a][9] Mətn hər biri bir mövzu sahəsini əhatə edən 63 traktatdan ibarətdir. Talmudun dili yəhudi babil arami dilidir. Talmud ənənəsi eramızın 70-ci ilində İkinci məbədin dağıdılması və yeddinci əsrin əvvəllərində ərəb fəthləri dövrləri arasında yaranmış və tərtib edilmişdir.[10] Ənənəvi olaraq, Talmudun Rav Aşi və II Ravina tərəfindən eramızın 500-cü illərində tərtib edildiyi qəbul olunur, baxmayaraq ki, bunun VI əsrin ortalarında baş verməsi daha çox ehtimal olunur.[11]
"Talmud" sözü bir qayda olaraq əvvəlki Yərusəlim Talmuduna (Talmud Yerushalmi) yox, Babil Talmuduna (Talmud Bavli) aiddir.[12] Babil Talmudu o birinə nisbətən daha genişdir və daha vacib hesab olunur.[13]
Remove ads
Etimologiyası
Talmud tərcümədə "təlimat, öyrənmə" deməkdir, bu söz lmd semit kökünə malikdir və mənası "öyrət, öyrən"dir.[14]
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads
