Tesla Model 3
From Wikipedia, the free encyclopedia
Remove ads
Tesla Model 3 — orta ölçülü, 4 qapılı, elektriklə işləyən, Tesla şirkəti tərəfindən hazırlanan avtomobil.
Model 3-ün məhdud sayda istehsalı 2017-ci ilin İyul ayından başlayıb,[1][2][3] və ilk 30 avtomobil sahiblərinə İyulun 28-i 2017-ci ildə verilib.[4] Teslanın CEOsu Elon Musk 2017-ci ilin Dekabrına qədər 20 000 avtobil istehsal edəcəklərini gözlədiklərini deyib,[5] bu ümumi istehsal qabiliyyətinin 60 faizini təşkil edir.
2016-cı ildə Model 3-ün planını elan etdikdə, ilk bir həftəyə 325 000 onlayn avtomobil sifariş (reserv) verilmişdir. Bu sifarişlərin ümumi məbləği 14 milyard dollar edir.[6] 2017-ci ilin may ayına olan məlumata görə isə 400 000 və 500 000 arasında Model 3 sifariş verilib, amma Tesla özü maliyyə hesabatlarında bu barədə bir rəqəm açıqlamayıb.[7][8]
Remove ads
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads