Tofiq Bayram
Azərbaycan şairi və alimi From Wikipedia, the free encyclopedia
Remove ads
Tofiq Qulam oğlu Bayramov (16 dekabr 1934, Əmircan – 19 aprel 1991, Bakı) — Azərbaycan şairi və tərcüməçisi, Azərbaycan Yazıçılar Birliyinin üzvü (1959), Azərbaycanın əməkdar incəsənət xadimi (1984).
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Remove ads
Həyatı
Tofiq Bayram 1934-cü il dekabrın 16-da Bakı şəhərinin Əmircan kəndində Qulam bəy və Məşədi Zivər xanımın ailəsinin ilk övladı olaraq dünyaya göz açmışdır. Orta məktəb təhsilini doğma Əmircan kəndində aldıqdan sonra şair Azərbaycan Pedaqoji İnstitutuna qəbul olmuş və burada tarix fakültəsində təhsilinə davam etmişdir (1954–1959).
Yaradıcılığı
Tofiq Bayram ilk qələm təcrübəsinə 1950-ci ildən, daha doğrusu, orta məktəbdə təhsil aldığı dövrdən başlamışdır. Poeziya aləminə belə erkən qədəm qoyması onu tezliklə ədəbi dərnəklərə, yaradıcı müzakirələrə qoşmuş, elə həmin vaxtlardan başlayaraq, o, Yazıçılar Birliyində aparılan müzakirələrdə iştirak etməyə başlamışdır. Burada tanınmış şair və ədiblərdən məsləhətlər alan, T.Bayram tezliklə yaradıcılıq sirlərinə bələd olmağa, daha çox həvəs göstərir. Yəqin elə buna görə də sonrakı illərdə Tofiq Bayramı 1950-ci illərin sonlarında Azərbaycan ədəbiyyatına gələn şairlər nəslinin ən istedadlı nümayəndələrindən biri hesab edilir. O, öz ecazkar şeirləri ilə oxucuların ürəklərinə yol tapmış, orijinal sözü, poetik duyumu, fərqli dəsti-xətt və üslubu ilə ədəbi ictimaiyyətin diqqətini cəlb etmişdir. Tofiq Bayramın əsərləri hər şeydən əvvəl aydın obrazlı dili ilə fərqlənirdi. Əsərlərində yaratdığı poetik obrazlar və zəngin lövhələr, emosionallıq və yetkin pafos oxucularını valeh edirdi. Yaradıcılığa kiçik həcmli şeirlərlə başlamış şair, daha sonra lirik, vətənpərvərlik, humanizm, insansevərlik və s. mövzularda yazmaqla əbədiyaşar və təkrarolunmaz poeziya nümunələri müəllifi kimi tanınmışdır.[1]
Tofiq Bayram bütün ömrünü şeirə, sənətə həsr etmiş, mənalı ömür yaşamışdır. Müxtəlif illərdə onun bir-birinin ardınca "Ana təbəssümü" (1961), "Mənim şair xalqım" (1963), "Sizi düşünürəm" (1964), "Azərbaycan dünya gəzir" (1965), "İnamım, əqidəm" (1969), "Gərək elə yanım" (1971), "Azərbaycan deyəndə" (1974), "Səninlə görüşəndə" (1980), ("Məsləkim-silahım" (1984), "Ay gecikən məhəbbətim" (1987), ("Məsləkim-silahım" və "Ay gecikən məhəbbətim" kitabları əsasında "Seçilmiş əsərləri" (tərtib edən bacısı Svetlana Bayramova) (2005) və "Ay anam Bakı" (tərtib edən həyat yoldaşı Zərifə Bayramova) (2012), Azərbaycanım (tərtib edən bacısı Svetlana Bayramova) (2015) adı altında əsərləri nəşr olunmuşdur.[2]
Tofiq Bayram Azərbaycan Ədəbiyyatında bir tərcüməçi kimi də fəaliyyət göstərmişdir. Şair eləcə də Y.Yevtuşenko, L.Xaustov, V.Konstantinova, İ.Abaşıdze, M.Posxişvili, T.Ciladze, balkar şairi Qaysın Quliyev və bir çoxlarının həqiqi sənət əsərlərini seçərək, onları yüksək bədii səviyyədə tərcümə etməklə Azərbaycan ədəbiyyatına töhfə vermişdir. Bundan əlavə Tofiq Bayram Aleksandr Puşkinin "Kiçik Tragediyalar"ına daxil olan "Motsart və Salyeri", Aleksandr Tvardovskinin "Üfüqlərdən Üfüqlərə" poemasını və Anna Axmatovanın məşhur "Rekviyem" əsərlərini Azərbaycan dilinə tərcümə etmişdir.[3] Öz əsərləri ilə Azərbaycan ədəbiyyatına verdiyi töhfələrə görə Tofiq Bayrama 1984-cü ildə “Əməkdar incəsənət xadimi”, dünya xalqlarının poeziyasından nümunələrin yüksək peşəkarlıqla Azərbaycan dilinə tərcümə edilməsindəki əməyinə görə isə 1988-ci ildə “Maksim Qorki adına Azərbaycan Dövlət Mükafatı” laureatı fəxri adları verilmişdir.[4]
Remove ads
Əmək fəaliyyəti

Əmək fəaliyyətinə "Azərbaycan müəllimi" qəzeti redaksiyasında şöbə müdiri kimi başlamışdır (1959–1960).[5] Sonra Azərbaycan Dövlət Televiziya və Radio Verilişləri Komitəsində ədəbi işçi (1960–1961), M. F. Axundov adına Dövlət Opera və Balet Teatrında ədəbi hissə müdiri (1961 – 1964), "Ulduz" jurnalı redaksiyasında (1964–1968), "Ədəbiyyat və incəsənət" qəzeti redaksiyasında şöbə müdiri (1968–1978), "Yazıçı" nəşriyyatında baş redaktor müavini (1978) işləmişdir.
Ailəsi
Tofiq Bayram 21 yaşında 1955-ci ildə eyni sinifdə birlikdə təhsil aldığı Zərifə xanımla ailə həyatı qurmuşdur. Onların Zakir, Cavanşir və Cahangir adlarında 3 oğlu olmuşdur.
Ölümü
Tofiq Bayram uzun sürən xəstəlikdən sonra 1991-ci ilin aprelin 19-da Bakı şəhərində dünyasını dəyişmiş, doğulduğu Əmircan kəndində dəfn olunmuşdur.
Xatirəsi
2025-ci ildə Tofiq Bayramın xatirəsinə ithaf olunan “Şair ömrü” filmi çəkilmişdir.[6]
Kitabları
- Ana təbəssümü Bakı: Uşaqgəncnəşr, 1961, 36 səh.
- Mənim şair xalqım. Bakı: Azərnəşr, 1963, 46 səh.
- Sizi düşünürəm. Bakı: Uşaqgəncnəşr, 1964, 78 səh.
- Azərbaycan dünya gəzir. Bakı: Azərnəşr, 1965, 104 səh.
- İnamım, əqidəm. Bakı: Azərnəşr, 1969, 174 səh.
- Gərək elə yanım. Bakı: Gənclik, 1971, 84 səh.
- Azərbaycan deyəndə. Bakı: Gənclik, 1974, 139 səh.
- Səninlə görüşəndə. Bakı: Azərnəşr, 1977, 136 səh.
- Əsrin oyunu (şeirlər və poemalar). Bakı: Gənclik, 1979, 120 səh.
- Könlümdə yaşayanlar (şeirlər). Bakı: Yazıçı, 1980, 252 səh.
- Məsləkim-silahım (şeirlər və poemalar). Bakı: Yazıçı, 1984, 268 səh.
- Ay gecikən məhəbbətim. Bakı: Yazıçı, 1987, 235 1221
- "Məsləkim-silahım" və "Ay gecikən məhəbbətim" kitabları əsasında "Seçilmiş əsərləri" (tərtib edən bacısı Svetlana Bayramova), 2005.
- Ay anam Bakı (tərtib edən həyat yoldaşı Zərifə Bayramova), 2012.
- Azərbaycanım (tərtib edən bacısı Svetlana Bayramova), 2015.
Remove ads
Tərcümələri
(ruscadan)
- A. Tvardovski. Üfüqlərdən üfüqlərə. Bakı: Azərnəşr, 1966, 146 səh.
- Rəsul Həmzətov. Durnalar. Bakı: Azərnəşr, 1973, 235 səh.
- Ürəkdən ürəyə (qardaş xalqlar poeziyası). Bakı: Gənclik, 1975, 148 səh.
- R. Həmzətov. Dostları qoruyun. Bakı: Yazıçı, 1984, 304 səh.
İstinadlar
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads
