The Ritz-Carlton Baku
From Wikipedia, the free encyclopedia
Remove ads
The Ritz-Carlton Baku[6] – Bakı şəhəri, Nəsimi rayonu, Həsən Əliyev küçəsində yerləşən, 72 mənzil və 189 ayrı otel nömrəsindən ibarət çoxmərtəbəli bina. Hündürlüyü 130 metr olan bina 33 mərtəbədən ibarətdir.[7] Azərbaycanın 10 ən yüksək binasından biri hesab olunur.
İlk adı ilə Trump Tower Baku və ya sonrakı adı ilə Yelkən Hotel[8]
Remove ads
Tarixi
Tikintisinə 2008-ci ildə başlanılıb. 2009-cu ilin iyun ayında binanın bünövrəsi artıq tam hazır idi, həmin ilin iyulunda binanın birinci mərtəbəsinin tikintisinə başlanılıb. 2011-ci ilin sonuna kimi binanın beton karkası tikilmiş və eksteryerinin şüşələnməsinə başlanılmışdır. 2015-ci ildə fasadın bəzədilməsi üzrə bütün çöl işləri başa çatdırılmışdır.[9] Binada 11 ədəd sürətli lift quraşdırılmışdır.[10]
Remove ads
Yerləşdiyi yer
Bina Bakıda, paytaxtın mərkəzi magistral yollarının kəsişməsində yerləşir (Heydər Əliyev prospekti, Babək prospekti, Yusif Səfərov küçəsi). Qüllədən 350 metr şimalda bu yaxınlarda tikilmiş Heydər Əliyev Mərkəzi yerləşir. “Trump Tower Baku”ya ən yaxın metro stansiya – 840 metr aralıqda yerləşən Şah İsmayıl Xətai metrostansiyasıdır.
Layihə
Bina, 33 yerüstü mərtəbədən ibarətdir, 130 metr hündürlüyə malikdir.[11] Binanı stilistik baxımdan futuristik memarlıq üslubuna aid edirlər.[3] İşıqlandırma üçün binanın tilləri və qövsşəkilli kənarları boyunca yerləşdirilmiş LED-ekranlardan istifadə olunur.[12]
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads