Turan Tovuz FK
Tovuz şəhərini təmsil edən Azərbaycan futbol klubu From Wikipedia, the free encyclopedia
Remove ads
Turan Tovuz FK — Tovuz şəhərini təmsil edən Azərbaycan futbol klubu. Azərbaycan Premyer Liqasında çıxış edir. 23 fevral 1992-ci ildə təsis olunan komanda, ev oyunlarını 6.500 tamaşaçı tutumuna malik Tovuz şəhər stadionunda keçirir.[1]
"Turan Tovuz" bir dəfə Azərbaycan Çempionatının qızıl, bir dəfə gümüş, iki dəfə isə bürünc medalını qazanıb. 1994-cü ildə UEFA Kubokunda iştirak etməklə, Azərbaycanı ilk dəfə avrokuboklarda təmsil edən komanda kimi tarixə düşüb.[2]
Remove ads
Adı
10 oktyabr 2014-cü il tarixinə qədər Turan-T adlanan klub bu tarixdən etibarən adını dəyişib. Klub bu tarixdən sonra "Turan-Tovuz" adını daşıyacağını açıqlayıb və bununla bağlı müvafiq sənədləri Peşəkar Futbol Liqasına təqdim edib.[3] Müvafiq sənədlər təqdim edildikdən sonra PFL klubun adının dəyişdirildiyini elan etmişdir.[4]
Ölkə turnirlərində
29 mart 2025-ci ildə Premyer Liqanın 2024/2025 mövsümünün XXVIII turunda Turan Tovuz turnirdəki 100-cü yubiley matçına çıxıb və matç 1:4 hesabı ilə "Qarabağ"ın qələbəsi ilə yekunlaşıb.[5]
UEFA turnirlərində

"Turan" UEFA bayrağı altında keçirilən və Azərbaycan klublarının qatıldığı 5 qitə turnirinin 1-də, ümumilikdə 1 dəfə iştirak edib.
UEFA turnirlərindəki statistika
Mənbə: uefa.com
Son yenilənmə: 30 avqust 2010
UEFA turnirlərindəki oyunlar
UEFA turnirlərində "Turan"ın Azərbaycan ilkləri
Azərbaycanı Avropa kuboklarında ilk dəfə "Turan" təmsil etmişdir.
Uğurları
Ölkədaxili turnirlərdə
İFFHS reytinq cədvəlində
Beynəlxalq Futbol Tarixi və Statistikaları Federasiyasının (İFFHS) 2010-cu il noyabrın 26-da açıqlanan klublarının XXI əsr üçün reytinqində ilk onilliyi 158 xal ilə Azərbaycan klubları arasında 7-ci, dünyada isə 611-ci pillədə başa vurmuşdur[6].
Klubun məşhurları
- Komandanın formasını geyinmiş məşhur futbolçular: Nizami Sadıqov, Sakit Aliyev, Nadir Nəbiyev, Ruslan Abbasov, Rəşad Sadıqov, Eltay Aslanov, Sergey Skaçenko, Asen Nikolov, Musa və Qurban Qurbanovlar, Hüseyn Məhəmmədov, Kənan Kərimov, İlham Məmmədov, Romal Hüseynov, Tərlan Əhmədov, Vidadi Rzayev, Aftandil Hacıyev, Hüsynqulu Quliyev, Məqsəd Yaqubəliyev, Rüfət Quliyev.
- Komandada ən çox oyun keçirən futbolçular: Nizami Sadıqov, Sakit Alıyev.
- "Turan"ın futbolçusu Musa Qurbanov ikinci çempionatda 36 qol vuraraq bombardir olub. Komandanın qapıçısı Nizami Sadıqov BFSF(İFFHS)-nin reytinqində 1106 dəqiqəlik quru seriyayla dünyada 19-cu nəticəni göstərib, qol vurmaqda isə qapıçı dünyada ilk onluqda yer alıb (19 qol).
Remove ads
Himni
Musiqisi: Faiq Sücəddinov
Sözləri: İsmayıl Dadaşov
Artır şanı-şöhrəti milli futbolumuzun,
Heç vaxt unutma, "Turan", sən fəxrisən Tovuzun.
Dağlardan vüqar al sən,
Zirvələrə ucal sən,
Ey doğma komandamız,
Adına layiq ol, sən.
Nəqərat:
Hər zaman yaşa, "Turan",
Hər biriniz qəhrəman,
Sizinlə qürur duysun
Yurdumuz Azərbaycan!
Yüksəkliklər gözləyir, həmişə gedin öndə,
Qələbə sizin olsun rəqiblərin önündə.
Dağlardan vüqar al sən,
Zirvələrə ucal sən,
Ey doğma komandamız,
Adına layiq ol, sən.
Remove ads
Gerblər
- Turan Tovuz PFK ilk gerb
- Turan Tovuz PFK gerb
- Turan-T Tovuz İK gerb
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads