VMware

From Wikipedia, the free encyclopedia

VMware
Remove ads

VMware, Inc. — ABŞ bulud hesablama və virtuallaşdırma texnologiyası şirkəti. Baş qərargahı Kaliforniyanın Palo-Alto şəhərində yerləşir.[4] VMware x86 arxitekturasını virtuallaşdıran ilk kommersiya uğurlu şirkət idi.[5]

Cəld faktlar Ümumi məlumatlar, Sənaye ...

"VMware"in masaüstü proqramı "Microsoft Windows", "Linux" və "macOS" sistemlərində işləyir. VMware ESXi, onun korporativ proqram təminatı hipervizoru, server aparatında işləyən əməliyyat sistemidir.[6][7]

2022-ci ilin may ayında "Broadcom Inc." şirkəti "VMware"i 61 milyard ABŞ dolları dəyərində nağd pul və səhm əməliyyatı ilə satın almaq barədə razılaşma əldə etmişdir.[8]

Remove ads

Tarixi

"VMware" 1998-ci ildə[9] Dayan Qrin, Mendel Rozenblam, Skott Divayn, Edvard Van və Eduard Bunyon tərəfindən təsis edilmişdir.[10] Qrin və Rozenblam hər ikisi Berkli Kaliforniya Universitetində aspirant idilər.[11] Eduard Bunyon 2005-ci ilə qədər "VMware"in baş memarı və texniki direktoru olaraq qalmış,[12] sonradan "Nuova Systems"i (indiki "Cisco"nun bir hissəsi) təsis etmişdir. İlk il ərzində "VMware" 1998-ci ilin sonuna qədər təxminən 20 işçisi ilə gizli rejimdə fəaliyyət göstərmişdir. Şirkət rəsmi olaraq ikinci ilin əvvəlində, 1999-cu ilin fevralında Kris Şipli tərəfindən təşkil edilən DEMO Konfransında istifadəyə verilmişdir. İlk məhsulları olan "VMware Workstation" 1999-cu ilin may ayında buraxılmışdır. Şirkət 2001-ci ildə "VMware GSX Server" (host) və "VMware ESX Server" (hostless) ilə server bazarına daxil olmuşdur.[13][14]

"VMware" 2003-cü ildə "VMware Virtual Center", "vMotion" və "Virtual SMP" texnologiyasını işə salmışdır. 64 bit dəstəyi 2004-cü ildə təqdim edilmişdir.

Remove ads

Cari məhsullar

"VMware"in ən diqqət çəkən məhsulları onun hipervizorlarıdır. "VMware GSX" adlnan ilk tip 2 hipervizoru ilə populyarlaşmışdır. Bu məhsul sonradan iki hipervizor məhsul xəttinə çevrilmişdir: "VMware"in birbaşa aparat üzərində işləyən 1-ci tip hipervizorları və onların yerləşdirilən tip 2 hipervizorları.[15]

Həmçinin bax

İstinadlar

Xarici keçidlər

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads