V Harald

From Wikipedia, the free encyclopedia

V Harald
Remove ads

V Harald (norv. Harold V; 21 fevral 1937[1][2][…]) — Qlüksburqlar sülaləsindən Norveç kralı(17 yanvar 1991-ci ildən).

Cəld faktlar Şəxsi məlumatlar, Doğum tarixi ...
Remove ads

Bioqrafiyası

V Harald 1937-ci ildə şahzadə Olaf və Marta Daqmarın üçüncü övladı kimi dünyaya gəlmişdir. O cütlüyün ilk oğlan övladı idi.

3 yaşında almanların Norveçi işğal etməsi ilə bağlı olaraq ailəsi ilə birgə Vaşinqtona köçməli olurlar.

Müharibə bitdikdən sonra kral ailəsi yenidən Norveçə qayıdır.[3]

Harald əvvəlcə Oslo Universitetindən, daha sonra hərbi akademiyada təhsil alır. 1960-cı ildə Oksford Universitetinə daxil olur.

1968-ci ildə Sonya Haraldsenlə evlənir. Bu izdivacdan şahzadə Hokon və şahzadə Marta Luiza doğulur.

17 yanvar 1991-ci ildə Olafın ölümündən sonra Harald taxta çıxır. O 1342-ci ildən bəri Norveç torpağında doğulan ilk kral olur.

2003–2004 və 2005-ci illərdə xərçəng və ürək-damar xəstəliklərindən əziyyət çəkən V Harald müalicə almaq üçün bir müddət hakimiyyətinə fasilə verməli oldu.[4] Bu arada onun səlahiyhətlərini regent kimi oğlu vəliəhd şahzadə Hokon yerinə yetirirdi. Aparılan uğurlu əməliyatlardan sonra yenidən taxta qayıdır.

2015-ci ildə Antarktidaya səyahət edən ilk monarx kimi tarixə düşdü.[5]

V Harald gəncliyindən yelkənli idmanla məşğul olur və dünya, Avropa və olimpiya yarışlarında iştirak etmişdir.

Remove ads

Ailəsi

  • Kral V Olaf (1903–1991) — atası
  • Kraliça Marta (1901–1954) -anası
  • Kraliça Sonya (1937) — həyat yoldaşı
    • Şahzadə Marta Luiza (1971) — qızı
    • Şahzadə Hokon (1973) — oğlu

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads