Vidadi Rzayev
Azərbaycan futbolçusu və məşqçisi From Wikipedia, the free encyclopedia
Remove ads
Rzayev Vidadi Vaqif oğlu (4 sentyabr 1967, Gəncə, Azərbaycan SSR, SSRİ) — sovet və Azərbaycan futbolçusu, məşqçi.
Remove ads
Həyatı
Vidadi Rzayev karyerasında sonuncu oyununu XV Azərbaycan çempionatının sonuncu turunda Qaxda Simurq ilə görüşdə keçirib. Maraqlıdır ki, veteran futbolçu karyerasında sonuncu qolunu da məhz elə bu komandaya vurub: "İlk dövrədə "Şəfa" stadionunda "Simurq"la görüşdə 3:0 hesabı ilə qələbə qazandıq. Karyeramda sonuncu oyunumda uduzmadığıma görə çox sevindim. Səfər oyununda iki dəfə hesabda geridə olsaq da, oyunu 2:2 hesabı ilə başa vurduq".
Qeyd edək ki, karyerasında son iki ili "Olimpik"də keçirən V.Rzayev "Turan", "Neftçi", "Kəpəz", "Şəmkir", "Qarabağ-Azərsun", Rusiyada "Terek", Türkiyədə "Ərzurumspor", İranda "Miss-Kerman" klublarında çıxış edib. O, "Turan", "Neftçi", "Kəpəz" və "Şəmkir" klublarının heyətində qızıl medallar qazanaraq, 7 dəfə ölkə çempionu olub. V.Rzayev 1996-cı ilin avqustun 31-də Bakıda Tofiq Bəhramov adına Respublika stadionunda İsveçrə yığmasına vurduğu qolla milli komandamıza rəsmi oyunlarda ilk qələbəni qazandıran futbolçu olub.
Remove ads
Uğurları
- Azərbaycanda ilin futbolçusu: (1) – 1996[1] Vidadi Rzayev azarkeşlərin yadinda Neftçi Pyunik matçinda ermənilərin qapisina vurduğu qolla düşür.Bundan başqa o Azərbaycan milisinin ilk rəsmi qələbəsinin memari olub . O 1996 ci ilin payzinda keçirilən Azərbaycan İsveçrə oyununda qol vuramaqla Azərbaycan milli komandasina ilk ilk rəsmi qələbə qazandırdı.
İstinadlar
Xarici keçidlər
Wikiwand - on
Seamless Wikipedia browsing. On steroids.
Remove ads