Xocalı soyqırımının tanınması

From Wikipedia, the free encyclopedia

Remove ads

Xocalı soyqırımının tanınması (ing. Khojaly Genocide recognition) — Xocalı soyqırımının dünya ölkələri tərəfindən tanınması prosesinə verilən ümumi addır. Hal-hazırda Xocalı soyqırımını dünyada 9 ölkə və ABŞ-nin 21 ştatı tam və ya parlament səviyyəsində qətliam kimi tanıyıb.

Beynəlxalq aləmdə tanınması

Hazırda bu proses Azərbaycanın xarici siyasətinin əsas istiqamətlərindən biri kimi müəyyənləşdirilmişdir. Xocalı həqiqətlərinin dünyaya çatdırılması, beynəlxalq aləmdə yayılması, eləcə də bu soyqırımına obyektiv qiymət verilməsi istiqamətində davamlı olaraq addımlar atılmışdır.

2007-ci il fevralın 26-da Heydər Əliyev Fondunun təşəbbüsü ilə Brüsseldə təşkil olunan "Təcavüzün qurbanları" adlı foto və uşaq rəsmlərinin sərgisi də bu həqiqətlərin beynəlxalq aləmə çatdırılması işinin davamıdır. Fond soyqırımı haqqında həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq üçün həmin il fevralın 19–26-da Türkiyənin İstanbul şəhərində və 25 vilayətində "Xocalı həftəsi" adlı tədbirlər proqramı çərçivəsində anım mərasimləri keçirmişdir. Bundan başqa, Xocalı soyqırımının beynəlxalq aləmdə tanıdılması istiqamətində 2008-ci il fevralın 14-də Berlində keçirilmiş "Xocalı soyqırımı və 1915-ci il hadisələrindəki gerçəklər" adlı elmi konfrans da son dərəcə əhəmiyyətli olmuşdur.

Thumb
Massaçusets ştatının məclisi tərəfindən ştatın Xocalı soyqırımını rəsmən tanıması barədə qərar

Faciəni tam səviyyədə qətliam kimi tanıyan ölkə və təşkilatlar

Faciəni parlament səviyyəsində qətliam kimi tanıyan ölkə və təşkilatlar

  • 2012:
    • Meksika Meksika 2 fevral 2012-ci il tarixində Meksika Senatının qəbul etdiyi qərarda Dağlıq Qarabağın Xocalı şəhərində 1992-ci il fevralın 25–26-da baş vermiş faciə soyqırım adlandırılıb.[6][7]
    • Kolumbiya Kolumbiya 2012-ci ilin 24 aprel tarixində Kolumbiya parlamenti 102 deputatın lehinə səsverməsi nəticəsində Xocalı soyqırımını rəsmən tanımışdır.[8][9][10]
  • 2013:
  • 2014: Honduras Honduras 2014-cü ilin 17 yanvar tarixində Honduras parlamenti Xocalı soyqırımını tanıyan № 303–2013 saylı qərar qəbul edib.
  • 2016: İordaniya İordaniya parlamenti Xocalı soyqırımını rəsmən tanıyıb.[14]
  • 2017: Cibuti Cibuti Respublikasının Milli Assambleyası (parlamenti) plenar iclasında mütləq səs çoxluğu ilə Xocalı Soyqırımına dair qətnamə qəbul edib.[15]

Faciəni qətliam kimi tanıyan ABŞ ştatları

Thumb
Faciəni qətliam kimi tanıyan ABŞ ştatları (Yenilənib: 26 fevral 2021)

Amerikada yaşayan azərbaycanlılar 2013-cü il yanvarın 25-dən etibarən Xocalı soyqırımının tanınması, onun qurbanlarının anılması və ABŞ prezidentinin bununla bağlı bəyanat verməsi məqsədilə Ağ evin rəsmi veb-səhifəsində "Biz xalqıq" bölməsində petisiya yerləşdirdilər. Az vaxtda petisiyaya dünyanın müxtəlif ölkələrindən 100 mindən çox insan imza atdı.[16]

İndiyədək ABŞ-nin 21 ştatı Xocalı ilə bağlı sənəd qəbul edib.

  • Massaçusets bayrağı 2010-cu il fevralın 25-də Massaçusets ştatının nümayəndələr palatası Xocalıda qırğın törədilməsi faktının tanınması haqqında qətnamə qəbul etmişdir.[17][18]
  • Texas bayrağı 2011-ci ildə Amerikanın Texas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[19][20]
  • Nyu-Cersi bayrağı 2011-ci ildə Amerikanın Nyu-Cersi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[21][22]
  • Corciya bayrağı 2012-ci ilin 28 fevral tarixində Corciya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[23][24]
  • Men bayrağı Men — 2012-ci ilin 23 mart tarixində Men ştatı ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[25]
  • Nyu-Meksiko bayrağı 2013-cü ilin 28 yanvar tarixində Nyu-Meksiko ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[26][27]
  • Arkanzas bayrağı 2013-cü ilin 8 fevral tarixində Arkanzas ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[28][29]
  • Missisipi bayrağı 2013-cü ilin 25 fevral tarixində Missisipi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.
  • Oklahoma bayrağı 2013-cü ilin 4 mart tarixində Oklahoma ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[30][31]
  • Tennessi bayrağı 2013-cü ilin 18 mart tarixində Tennessi ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[32]
  • Pensilvaniya bayrağı 2013-cü ilin 18 mart tarixində Pensilvaniya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[33]
  • West Virginia bayrağı 2013-cü 3 aprel tarixində Qərbi Virciniya ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[34]
  • Konnektikut bayrağı 2013-cü 3 aprel tarixində Konnektikut ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[35]
  • Florida bayrağı 2013-cü ilin 21 avqust tarixində Florida ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[36]
  • Indiana bayrağı 2014-cü ilin 3 mart tarixində İndiana ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[37]
  • Indiana bayrağı 2015-ci ilin 3 mart tarixində Arizona ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[38]
  • Yutah bayrağı 2015-ci ilin 3 mart tarixində Yuta ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[39]
  • Nebraska bayrağı 2016-cı ildə ABŞ-nin Nebraska ştatının qubernatoru Pit Rikets (Pete Ricketts) bəyannamə imzalayaraq, 26 fevral tarixini bütün Nebraska ştatında "Xocalını Anma Günü" elan edib və ştat sakinlərini bu günü hüznlə yad etməyə çağırıb[40][41].
  • Havay bayrağı 2016-cı ildə ABŞ-nin Havay ştatının qubernatoru Deyvid İqe (David Ige) Xocalı faciəsinin 24-cü ildönümü ilə əlaqədar bu faciənin tanınması ilə bağlı xüsusi bəyannamə imzalayıb.[42]
  • Montana bayrağı 2016-cı ildə ABŞ-nin Montana ştatının qubernatoru Stiv Bullok (Steve Bullock) rəsmi bəyanat imzalayaraq Xocalı soyqırımının ildönümü ilə bağlı Montana sakinlərinə çağırış edib. O, bəyanatda ştat sakinlərini 26 fevral tarixini "Xocalını Anma Günü" olaraq tanımağa və yad etməyə çağırıb. Bəyanatda Xocalı soyqırımı müharibə dəhşətlərindən biri kimi pislənilib.[43]
  • Aydaho bayrağı 2016-cı ildə ABŞ-nin Aydaho ştatı Xocalı soyqırımını rəsmən tanımışdır.[44]
Remove ads

Soyqırıma xarici ölkələrdə münasibət

Thumb
Tehranın "İstiqlal" klubu ilə oyunda (26 fevral 2010) Traktor Sazi azarkeşləri Xocalı soyqırımının qurbanlarını yad edirlər

2014-cü ildə İspaniyanın Atletiko Madrid FK klubunun oyunçuları Osasuna FKReal Madrid FK komandaları ilə keçirəcəkləri görüşlərdə Xocalı soyqırımının ildönümü ilə əlaqədar qara bilərzik və yaxalarına matəm lenti taxıb və yad ediblər.[45] Klubun aparıcı oyunçusu Arda Turan faciə qurbanlarını yad edib və "Azərbaycan xalqının acısını paylaşırıq" ifadəsi ilə cıxış edib.[46] Həmin il, Asiya Çempionlar Liqasının qrup mərhələsinin oyunları çərçivəsində Təbrizin Traktor FK komandası ilə Ciddə şəhərinin "əl-İttihad" klubu arasında keçirilmiş görüşdə Xocalı soyqırımı anılıb.[47]

Remove ads

Xocalı soyqırımına həsr olunmuş əsərlər

Musiqi əsərləri

Əlavə məlumat İl, Musiqi əsəri ...

Ədəbi əsərlər

Əlavə məlumat İl, Əsər ...

Filmlər

  1. Fəryad (film, 1993)
  2. Haray (film, 1993)
  3. Karvan (film, 1995)
  4. Xocalı soyqırımı (film, 2005)
  5. Biz qayıdacağıq (film, 2007)
  6. Daşları yığmağın vaxtıdır (film, 2007) — teletamaşa
  7. Xocalı qətliamı (film, 2008)
  8. Xocalı vaxtı (film, 2010)
  9. Qar qırmızı Xocalı (film, 2011)
  10. Günəşin batdığı yer (film, 2012)
  11. Xoca (film, 2012)
  12. Xocalıda sonuncu fevral (film, 2012)
  13. Xocalı yol gözləyir (film, 2012) — teletamaşa
  14. Şəhid şəhər (film, 2012) — teletamaşa
  15. Bunu öz gözlərinlə görməlisən... Xocalı (film, 2013)
  16. Mən Xocalı (film, 2013)
  17. Bir kəndin nağılı. Xocalı (film)
  18. Xocalı qətliamı. "Bu son olsun!.." (film)
  19. Aclıq və od arasında. Ömürlər bahasına hakimiyyət (film, 2012)
  20. Sonu olmayan dəhliz (film, 2012)[56]

Abidələr

Əlavə məlumat Şəkil, İl ...
Remove ads

Həmçinin bax

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads