Yaşar Əliyev (siyasətçi, 1948)

Azərbaycan dövlət xadimi From Wikipedia, the free encyclopedia

Yaşar Əliyev (siyasətçi, 1948)
Remove ads

Yaşar Tofiq oğlu Əliyev (5 iyul 1948, Bakı8 dekabr 2023) — Azərbaycan diplomatı və siyasətçisi, Azərbaycan Respublikası Milli Məclisinin III çağırış deputatı, Azərbaycan Respublikası Milli Məclisi sədrinin müavini (1995–2002), Azərbaycan Respublikası Ali Soveti sədrinin müavini (1994–1995), Azərbaycanın Çində (2002–2011), Vyetnam, Cənubi Koreya, Şimali KoreyaMonqolustanda (2004–2011) fövqəladə və səlahiyyətli səfiri.

Cəld faktlar Əvvəlki, Şəxsi məlumatlar ...
Remove ads

Həyatı

Yaşar Tofiq oğlu Əliyev 1948-ci il iyulun 5-də Bakı şəhərində anadan olub. 1956–1966-cı illərdə Nəsimi rayonu 1 №-li tam orta məktəbdə təhsil alıb. 1966–1971-ci illərdə isə N. Nərimanov Azərbaycan Dövlət Tibb İnstitutunda müalicə işi üzrə ali təhsil alıb.

Yaşar Əliyev 1972–1982-ci illərdə Səhiyyə Nazirliyinin Baş İdarəsinin Kardiologiya şöbəsinin 4 saylı bölməsində çalışıb.

Yaşar Əliyev 1982-ci ildən N. Semaşko adına 12 saylı Şəhər Xəstəxanada cərrahiyyə şöbəsinin həkimi, 1983-cü ildən baş həkimin müavini, 1984-cü ildən isə baş həkimi vəzifəsində çalışıb.

Yaşar Əliyev 8 dekabr 2023-cü ildə 75 yaşında vəfat edib.[1] Yasamal qəbiristanlığında dəfn olunub.[2]

Rus və ingilis dillərini bilirdi.

Remove ads

Siyasi fəaliyyəti

1975–1979-cu illərdə Azərbaycan LKGİ Əzizbəyov Rayon Komitəsində II katib vəzifəsində işləmişdir.

Yeni Azərbaycan Partiyasının üzvü, eləcə də YAP Siyasi Şurasının üzvü olub.

Parlamentdə fəaliyyəti

Yaşar Əliyev 1990-cı ildə Azərbaycan SSR Ali Sovetinin deputatı seçilib.

1995-ci il noyabrın 12-də baş tutan parlament seçkilərində 91 nömrəli Xanlar-Daşkəsən dairəsindən Yeni Azərbaycan Partiyasının (YAP) namizədi olan Yaşar Əliyev I çağırış Milli Məclisin deputatı seçilib. 1995-ci il noyabrın 24-dən səlahiyyətlərinin icrasına başlayan Yaşar Əliyev Milli Məclisin sədr müavini olub.

Daha sonra, 2000-ci il noyabrın 5-də baş tutan parlament seçkilərində isə 91 nömrəli Xanlar-Daşkəsən dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi kimi növbəti dəfə II çağırış Milli Məclisin deputatı seçilib. 2000-ci il noyabrın 12-dən səlahiyyətlərinin icrasına başlayan Yaşar Əliyev Milli Məclisin Sosial siyasət daimi komissiyasının üzvü, Azərbaycan—Rusiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun isə rəhbəri olub.[3][4]

Remove ads

Diplomatik fəaliyyəti

2002-ci il iyulun 26-da Yaşar Əliyevə Azərbaycanın fövqəladə və səlahiyyətli səfiri dərəcəsi verilib və həmin gün Azərbaycanın Çində fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin edilib. 30 sentyabr 2004-cü ildə iqamətgahı Çində olmaqla, eyni zamanda Azərbaycanın Vyetnam, Şimali Koreya, Cənubi KoreyaMonqolustanda fövqəladə və səlahiyyətli səfiri vəzifəsinə təyin olunub.

Ailəsi

Yaşar Əliyev ailəli idi, 2 övladı var.

Remove ads

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads