Zülfüqar Hacıbəyov

Azərbaycan bəstəkarı From Wikipedia, the free encyclopedia

Zülfüqar Hacıbəyov
Remove ads

Zülfüqar Əbdülhüseyn bəy oğlu Hacıbəyov (17 aprel 1884, Şuşa30 sentyabr 1950, Bakı) — Azərbaycan-sovet bəstəkarı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi (1943). O, Üzeyir HacıbəyovCeyhun bəy Hacıbəylinin qardaşı və Niyazi Tağızadənin atasıdır.

Cəld faktlar Ümumi məlumatlar, Doğum tarixi ...
Remove ads

Həyatı

Zülfüqar bəy Əbdülhüseyn bəy oğlu Hacıbəyov 17 aprel 1884-cü ildə Şuşa şəhərində anadan olub. Zülfüqar kiçik qardaşları Üzeyir HacıbəyovCeyhun Hacıbəylinin incəsənətdə formalaşmasında çox böyük rolu olmuşdur. Zülfüqar Hacıbəyovun təsir göstərdiyi digər sənətkarlar arasında Müslüm Maqomayev, Hüseynqulu Sarabski, Hüseyn Ərəblinski var. O, 30 sentyabr 1950-ci ildə Bakı şəhərində vəfat etmişdir.[1]

Remove ads

Yaradıcılığı

Thumb
Zülfüqar Hacıbəyov yaşadığı bina

Zülfüqar Hacıbəyov ilk Azərbaycan operettası – "50 yaşında cavan" (1910) əsərinin müəllifidir. Operetta Azərbaycan səhnəsində komediya janrının ilk nümunəsi sayılır. Həm mətni, həm də musiqisi Zülfüqar Hacıbəyov tərəfindən yazılan əsər sadə və əyləncəli məzmuna malik üçpərdəli və dördşəkillidir. Əsərin ilk tamaşası 1911-ci ilin aprel ayında Tiflis şəhərinə Gürcü Zadəganları Teatrında olmuşdur. Sonralar operetta Bakıda, Naxçıvanda, İrəvandaŞuşada göstərilmişdir. Zülfüqar Hacıbəyovun əsərləri Azərbaycanın musiqi sənətində mühüm rol oynamışdır. Azərbaycan bəstəkarlarının yaradıcılığına yeni bir cərəyan gətirən "Aşıq Qərib" operasında xalq rəvayətindən istifadə olunmuşdur. O, 1917-ci ildə "Üç aşiq və ya Məlikməmməd" adlı fantastik süjetə malik bir operanın səhnəyə qoyulması üçün xüsusi geyimlər də hazırlatmışdır. Buna baxmayaraq, sovet hökumətinin təzyiqi nəticəsində əsər tamaşaya qoyulmamışdır.[2]

XX əsrin birinci rübündə məşhurlaşan "Kənd qızı", "Çoban qız" və "Əsgər nəğməsi" bəstəkarın ilk mahnıları sayılır.[3] Azərbaycan klassik musiqisinin formalaşmasında da Zülfüqar Hacıbəyovun rolu böyükdür.[4]

Zülfüqar Hacıbəyov 1932-ci ildə "Kölə qadınların rəqsi" adlı simfonik pyes bəstələmişdir. Bundan başqa, Zülfüqar Hacıbəyov bir sıra kantatalar da yaratmışdır. 1935-ci ildə oğlu – Niyazi ilə birlikdə Cəfər Cabbarlının eyniadlı pyesi əsasında çəkilən ilk səsli Azərbaycan filminə – "Almaz"a musiqi yazmışdır. Zülfüqar Hacıbəyovun son əsəri 1950-ci ildə Zakir Bağırovla birlikdə yazdığı kantata olub.[5]

Remove ads

Əsərləri

Musiqili komediyalar

  • "Əlli yaşında cavan" (1909)
  • "On bir yaşlı arvad" (1911)
  • "Evliykən subay" (1911)

Operalar

Vokal əsərlər

  • "Kəndçi qızı"
  • "Çoban qızı"
  • "Əsgər nəğməsi"
  • "Azərbaycan" kantatası

Digər əsərlər

  • "Kölə qadınların rəqsi" (1932) – simfonik əsər
  • "Cəngi" – Xalq Çalğı Alətləri Orkestri üçün. Fikrət Əmirovla birgə hazırlanıb.

Filmoqrafiya

  • Almaz (1936) – tammetrajlı bədii film. Niyazi ilə birgə film bəstəkarı.
  • Üzeyir ömrü (1981) – bioqrafik sənədli film. Zülfüqar Hacıbəyov rolunu Yaşar Nuri canlandırmışdır.
  • Maestro Niyazi (2007)

Genealogiya

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Hacıbəy
Hacıbəyov
 
 
 
 
 
 
 
 
 
 
 
Əbdülhüseyn bəy
Hacıbəyov
(1842–1901)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl bəy
Hacıbəyov
(1879–1921)
 
 
 
Sayad
Hacıbəyova
(1872–1954)
 
Abuhəyat
Hacıbəyova
(1880–1951)
 
Zülfüqar
Hacıbəyov

(1884–1950)
 
Üzeyir
Hacıbəyov

(1885–1948)
 
 
Ceyhun bəy
Hacıbəyli

(1891–1962)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
Soltan
Hacıbəyov

(1919–1974)
 
 
Osman
Hacıbəyov

(1924–1979)
 
Camal
Paşayev
(1895–1953)
 
Niyazi
Tağızadə-
Hacıbəyov

(1912–1984)
 
Çingiz
Hacıbəyov

(1913–1971)
 
Ceyhun
Hacıbəyli
(1919–1941)
 
Timuçin
Hacıbəyli
(1921–1993)
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
İsmayıl
Hacıbəyov

(1949–2006)
 
 
 
 
 
 
Cəmil
Paşayev
(1926–1978)
Remove ads

İstinadlar

Loading related searches...

Wikiwand - on

Seamless Wikipedia browsing. On steroids.

Remove ads