Çin qırğızları
From Wikipedia, the free encyclopedia
Qırğızlar (柯尔克孜族) türk etnik qrupudur və Çin Xalq Respublikası tərəfindən rəsmi olaraq tanınan 56 etnik qrupdan birini təşkil edirlər. Əsasən Sincan-Uyğur Muxtar Rayonunun cənub-qərbində yerləşən Qızılsu-Qırğız Muxtar dairəsində, bir neçəsi isə qonşu Uçturfan, Aksu şəhəri, Yarkənd, Yanqisar, Taşkurqan və Pişanda, eləcə də türklər Sincan şimalındakı Cjaosu, Emin, Bole, Tsinxe və Tokkuztara ərazilərində də yaşayırdılar. Çin Xalq Respublikasının beşinci milli siyahıyaalınmasına görə, Çində 160 875 qırğız var.[1][2][3]