From Wikipedia, the free encyclopedia
Çiomadul (rum. Ciomatu) — Cənubi Karpat dağlarında, Xariqa və Kovasna silsiləsində yerləşən mürəkkəb sönmüş vulkan. VuVulkan pleystosendə, kaynozoy qrupu vulkanları ilə birlikdə formalaşıb. İlk öncə vulkan lava çuxuru formasında olmuş. Püskürmə effuziv tipli olmuş. Pleystosen sonu püskürmə partlayış xarakterli olmuş. Tez-tez vulkan külü qeydə alınmış. Püskürmələr arası fasilə min il hesab olunur. Köhnə lava yığınları üzərində yenidən stratovulkan formalaşmış və iki krater meydana gəlmişdir— Moxoş və Müqəddəs Anna. Ehtimal olunur ki, soncu püskürmə Müqəddəs Annada olmuş. Püskürmə külü Moxoş kraterinə toplanmış və sonda ərazidə bataqlıq formalaşmışdı.lkanın ən yüksək nöqtəsinin hündürlüyü 1301 metrdir.
Çiomadul | |
---|---|
rum. Ciomatu | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Karpat |
Dağ silsiləsi | Xarqita |
Vulkan forması | Qarışıq vulkan |
İlk püskürmə | Kaynozoy |
Son püskürmə | Pleystosen epoxası |
Tərkibi | Datsit |
Mütləq hündürlüyü | 1301[1] |
Yerləşməsi | |
46°07′35″ şm. e. 25°53′17″ ş. u.HGYO | |
Ölkə | Rumıniya |
Region | Transilvaniya |
| |
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Çiomadul vulkanı böyük bir vulkan sisteminin bir hissəsi hesab olunur. Çiomadulla yanaşı ərazidə Bolond (1084 m) və Puturosu (1143 m) sönmüş vulkanları da var. Vulkanlar bir birindən təbaşir dövründə formalaşmış və tektonik hərəkətlər nəticəsində qalxmış qumdaşı tərkibli dağlarla ayrılır.
Vulkandan şimalda Çuk düzənliyi yerləşir. Qərbdə isə Tuşnad və Şuqeu vadisi var.
Çiomadul vulkanı iki kraterə malikdir. Kraterlər bir birindən çox yüksək olmayan yəhərlə ayrılır. Kraterlərin qərb yamacında Müqəddəs Anna gölü, şərqində isə Moxoş bataqlığı yerləşir.
Kraterlərin cənub ətəklərindən 113A avtomagistiral keçir.
Vulkan Pleystosendə, kaynozoy qrupu vulkanları ilə birlikdə formalaşıb. İlk öncə vulkan lava çuxuru formasında olmuş. Püskürmə effuziv tipli olmuş. Pleystosen sonu püskürmə partlayış xarakterli olmuş.[2] Tez-tez vulkan külü qeydə alınmış[3]. Püskürmələr arası fasilə min il hesab olunur. Köhnə lava yığınları üzərində yenidən stratovulkan formalaşmış və iki krater meydana gəlmişdir— Moxoş və Müqəddəs Anna. Ehtimal olunur ki, sonuncu püskürmə Müqəddəs Annada olmuş. Püskürmə külü Moxoş kraterinə toplanmış və sonda ərazidə bataqlıq formalaşmışdı.
Vulkanın son püskürmə tarixi haqqında dəqiq məlumat yoxdur[4]. Müxtəlif mənbələr fəqli məlumatlar verir: otuz iki min il bundan əvvəl (Juvigné et al. 1994) və ya on min il əvvəl (Morya et al. 1996). Ən çox dəstəklənən fikirə görə sonuncu püskürmə Holosendə olmuş (Magyari et al. 2006).
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.