Çiune Suqihara
Yapon diplomat / From Wikipedia, the free encyclopedia
Çiune Suqihara (杉原 千畝?, 1900[1] – 31 iyul 1986[2][3][…], Kamakura, Kanaqava prefekturası) — Yaponiya imperiyasının Litvanın Kaunas şəhərindəki konsulluğunda vitse-konsul vəzifəsində işləyən Yaponiya hökumət rəsmisi. İkinci dünya müharibəsi zamanı Suqihara işini və ailəsinin həyatını riskə ataraq 6 mindən çox yəhudi üçün viza çıxardaraq Yaponiya ərazisindən keçməklə Avropadan qaçmalarına kömək etmişdir.[4]
Çiune Suqihara | |
---|---|
yap. 杉原 千畝 | |
Doğum tarixi | 1900[1] |
Vəfat tarixi | 31 iyul 1986(1986-07-31)[2][3][…] |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək-damar xəstəliyi[d] |
Dəfn yeri | |
Uşağı | 4 |
Təhsili |
|
Fəaliyyəti | diplomat, Konsul |
Vikianbarda əlaqəli mediafayllar |
Suqihara 1918-ci ildə Vaseda Universitetində ingilis dili öyrənməyə başlamış, 1923-cü ildə Xarici İşlər Nazirliyinin keçid imtahanında rus dili imtahanını fərqləndirmə ilə keçmişdir. Çinin Harbin şəhərində alman dili öyrənmiş, bir müddət Mancuriyada işləmişdir. 1939-cu ildə Litvanın Kaunas şəhərinə göndərilmişdir.
Litvada işləyərkən Yaponiya hökumətinin ciddi viza kriteriyalarına baxmayaraq 6000-dən çox yəhudiyə viza verərək həyatlarını xilas etmişdir. Həmin yəhudilər Almaniya işğalı altındakı Qərbi Polşadan, SSRİ işğalı altındakı Şərqi Polşadan, eləcə də, Litvadan idilər. Suqihara qaçqınlara asan olsun deyə onlara ona "Sempo" (adının kanci yazılışının çin-yapon oxunuşu) deyə xitab etməsini söyləmişdir.[5] Kiçik vəzifəsi və Yaponiya Xarici İşlər bürokratiyasının mədəniyyətinə əsasən bu cür itaətsizlik nadir hal idi. Yaponiyaya qayıtdıqdan sonra Litvadakı bu hadisəyə görə işdən çıxarılmışdır.
1985-ci ildə İsrail dövləti Suqiharaya "Dünya xalqları ədalətlisi" adı vermişdir. O, bu ada layiq görülmüş yeganə yapondur. Litvada və İsraildə onun adına küçələr, Litva və Yaponiyada isə ona həsr olunmuş muzeylər var. Ölümündən sonra bir çox mükafata layiq görülmüşdür.