İbrahim (Osmanlı imperiyası)
From Wikipedia, the free encyclopedia
Sultan İbrahim (5 noyabr 1615, İstanbul – 18 avqust 1648, İstanbul) — 18-ci Osmanlı padşahı və 97-ci İslam xəlifəsidir. Sultan olduğunu bildirən paşalara: "Allahu təala sultan qardaşımızın ömrünü uzun etsin. Bizə sultanlıq lazım deyil. Sultan qardaşımızın ömrünə duaçıyıq" dedi. Ancaq anası və dövlət adamlarının təkidi ilə böyük qardaşı Sultan IV Muradın cəsədini gördükdən sonra taxt otağına keçdi. "Əlhəmdülillah. Ya Rəbbim! Mənim kimi zəif bir qulunu bu məqamə layiq gördün. Səltənət günlərimdə millətimi xoş hal et və bir-birimizdən məmnun et. Mən Sultan İbrahim xan! Mərhəmətli, comərd və lütifkar olub, əhaliyə ihsanlar edəcəyimə, bu dövləti ədalətlə idarə edəcəyimə və zülmə əsla əl atmayacağıma uca Rəbbim önündə and içirəm!" deyə dua edərək 9 fevral 1640 tarixində taxta oturdu. Şahzadəlik dövründə sərt bir saray həyatı yaşamış, qardaşlarının ölüm səhnələrinə şahid olmuşdur.
İbrahim | |
---|---|
osman. ابراهيم اول | |
9 fevral 1640 – 8 avqust 1648 | |
Əvvəlki | IV Murad |
Sonrakı | IV Mehmed |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 5 noyabr 1615(1615-11-05)[1] |
Doğum yeri | |
Vəfat tarixi | 18 avqust 1648(1648-08-18)[2][1] (32 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | suveren[d] |
Atası | I Əhməd |
Anası | Kösəm sultan |
Həyat yoldaşı | |
Uşaqları | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | islam |
|
|
Vikianbarda əlaqəli mediafayllar |