İrəvan qalasının mühasirəsi — İrəvan xanlığının paytaxtı olan İrəvan qala-şəhərinin (indiki Ermənistanın paytaxtı) 1804–1813-cü illər Rusiya–İran müharibəsi zamanı, 1804-cü ilin iyulundan sentyabrına qədər davam edən mühasirəsi. Çətin baş tutan irəliləyişdən sonra Pavel Sisianovun başçılığı altındakı Rusiya qoşunları İrəvanı mühasirəyə almışdı. İrəvan qalasının daxilində yerləşdirilmiş Qacar dövlətinə bağlı qüvvələr rusların birbaşa hücumunun qarşısını almış, qaladan kənarda olanlar isə Rusiya ordusunu mühasirəyə alaraq onların təchizat xətlərini kəsmişdilər. Vəliəhd Abbas Mirzə və Fətəli şah Qacarın (1797–1834-cü illərdə hakimiyyətdə olmuşdur) komandanlığı ilə İran qüvvələri şəhəri uğurla müdafiə etmiş, Rusiyanın hücumunu dəf etmişdilər. Sisianov öz reputasiyasını qorumaq üçün bu məğlubiyyətin məsuliyyətini çoxlu insanın üzərinə yıxmış və başqa məsələləri bəhanə etmiş, bilərəkdən öz səhvlərini kənara qoymuşdur.
Cəld faktlar Tarix, Yeri ...
Bağla