İttihad Partiyası
siyasi partiya / From Wikipedia, the free encyclopedia
İttihad Partiyası, Qafqaz İttihad Firqəsi (1918–1920), Rusiyada Müsəlmanlıq "İttihad" (1917–1918), İttihadi-İslam, Milliyəti-İslam və ya Azərbaycan Milli Müdafiə İslam Partiyası— 1917–1920-ci illərdə Azərbaycanda açıq fəaliyyət göstərmiş, Ümumrusiya Müəssislər Məclisində, Zaqafqaziya Seymində, Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurasında, Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində təmsil olunan və Azərbaycan Xalq Cümhuriyyəti Parlamentində Müsavat və bitərəflər fraksiyasından sonra ən çox üzvü olan, ana müxalifət partiyası. İslam ideologiyasını siyasət səviyyəsinə qaldırmağa çalışan aparıcı təşkilat.[1]
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Cəld faktlar Sədri, Quruluş tarixi ...
İttihad Partiyası (Qafqaz İttihad Firqəsi) | |
---|---|
Sədri | Qara bəy Qarabəyov (1918-1920) |
Quruluş tarixi | Sentyabr 1917 |
Dağılma tarixi | 28 aprel 1920 (de-jure) |
Birləşən |
İttihadi-İslam Cəmiyyəti (1918) Şuşa Xeyriyyə Cəmiyyəti (1919) Fədai-Hürriyyət (1919) İslamiyyə Cəmiyyəti (1919) İslam Təşkilatı (May,1920) İslam-əl-Quran (1920) Günəş Qafqaz (İyul, 1920) |
Sələfi |
Rusiyada Müsəlmanlıq Partiyası İttihadi-İslam Cəmiyyəti |
Baş qərargah | Bakı |
İdeologiya | İslam birliyi |
Şüar | Yaşasın İttihadi-İslam, var olsun hürriyəti-ənam! |
Parlamentdə |
13 / 120 Azərbaycan Xalq Cümhuriyyəti Parlamenti (27 aprel 1920)3 / 44 Azərbaycan Xalq Cümhuriyyəti Milli Şurası3 / 125 Zaqafqaziya Seymi1 / 767 Ümumrusiya Müəssislər Məclisi |
Bələdiyyədə |
12 / 105 Bakı Şəhər Duması10 / 74 Gəncə Şəhər Duması |
Mətbuat orqanı | İttihad qəzeti |
Bağla