From Wikipedia, the free encyclopedia
İylənmiş corab və ya qoxumuş corab – uzun müddət istifadə olunduqdan sonra spesifik xoşagəlməz qoxuya malik corablar. Qoxuya səbəb ammonyak, yağ turşuları (xüsusilə, izovalerian turşusu)[1] və süd turşusu qarışığıdır. İylənmiş corablar it və ağcaqanad kimi bəzi heyvanları özünə cəlb edir.[2]
İylənmiş corab qoxusunu tez-tez ayaqla əlaqələndirsələr də, insan ayağının süd məhsulları, pendir, sosiska, balıq kimi qidalarla təması nəticəsində yaranır, eləcə də, təbiətdə bəzi bitkilər də iylənmiş corab qoxusuna malikdir.[3][4][5][6] Bəzən iylənmiş corab qoxusuna binaların və avtomobillərin hava təmizləmə sistemlərində də təsadüf olunur və bu hal "iylənmiş corab sindromu" adlanır.
İylənmiş corab qoxusunu azaltmaq üçün corabın hazırlandığı parçalara xüsusi materiallar daxil etməyi təklif edən yeni texnologiyalar təklif olunmuşdur.
Uzun müddət istifadə olunmuş corabdan gələn spesifik iyin bu birləşmələrdən qaynaqlandığı düşünülür:
İylənmiş corab qoxusu izovalerik asidoz xəstəliyinin əlamətlərindən biridir. 2-ci növ diabeti müalicə etmək üçün istifadə olunan metformin maddəsindən bənzər qoxu gəldiyi üçün pasiyentlər bu dərmandan imtina edirlər.[8] Yaponiyada istifadə olunan qoxubilmə testlərinin biri "tərli corab" iyisini müəyyən etməyə əsaslanıb.[9]
Alkil nitritlər yeni olduqda meyvə qoxusu versə də, vaxt keçdikcə onlardan iylənmiş corab iyisi gəlir.[10]
İylənmiş corablardakı spesifik qoxu ilə mübarizə aparmaq üçün bir neçə həll yolu təklif edilmişdir.
İngiltərənin Brayton şəhərindəki bir polis məntəqəsində həbs olunan şəxslərin corablarını saxlamaq üçün qoxukeçirməz şkaf quraşdırılıb.[11]
Corabların iylənməsinin qarşısını almaq üçün yeni növ texnoloji parçalar inkişaf etdirilib. 1997-ci ildə Britaniya alimləri corabın iylənməməsi üçün xüsusi parça ixtira etmişdilər.[12] İyin qarşısını almaq üçün gümüş nanoparçaları ilə dizenfeksiya variantı da təklif edilmişdir.[13] Hətta 2009-cu ildə ABŞ Hava Qüvvələri Akademiyası antimikrob gümüş lif texnologiyası ilə hazırlanmış corablar istədiyini bildirmişdir.[14] Lakin Arizona Universitetində aparılmış araşdırma zamanı gümüş nanohissəciklərinin corabların yuyulması zamanı çıxa biləcəyi və təbiətə ziyan vuracağı bildirilmişdir.[15] 2000-ci ildə Kaliforniya Universiteti corablara halamin birləşmələri daxil etməklə qoxunun qarşısını almaq üçün layihə başlatmışdır.[16] 2005-ci ildə Dow Corning şirkəti alkoksilanları təklif etmişdir.[17]
2011-ci ildə Corciya Universitetinin komandası corabların antimikrob təmizlənməsi üçün yeni üsul təklif etmişdir.[18]
İylənmiş corab qoxusu ən çox ağcaqanadları özünə cəlb edir.[19] Buna görə malyariya ilə mübarizə zamanı iylənmiş corab qoxusundan ağcaqanadları idarə etmək üçün istifadə olunur.[20] Hətta Vaqeninqen Universitetində sintetik corab qoxusu istehsal olunmuşdur. Şərqi Afrikada yaşayan Evarcha culicivora növündən olan hörümçəklər ağcaqanadlarla qidalandığı üçün onlar da iylənmiş corab qoxusuna yaxınlaşırlar.[21] İylənmiş corab qoxusu ayı kimi təhlükəli heyvanları da özünə cəlb edir.[22] Maralları uzaqlaşdırmaq üçün iylənmiş corabdan istifadə olunur.[23]
Grevillea leucopteris növündən olan bitki növünün çiçəkləri iylənmiş corab qoxusuna bənzər qoxuya malik olduğu üçün bu növü "iylənmiş corab qrevilleyası" və ya "köhnə corablar" adlandırırlar.[24] İylənmiş corab qoxusuna malik digər bitki növü isə müşk sürvəsidir.[25] Amanita cinsindən olan göbələklər də bənzər qoxuya malikdirlər.[26]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.