![cover image](https://wikiwandv2-19431.kxcdn.com/_next/image?url=https://upload.wikimedia.org/wikipedia/commons/thumb/f/f4/%25C5%259Eehzade_Mustafa.jpg/640px-%25C5%259Eehzade_Mustafa.jpg&w=640&q=50)
Şahzadə Mustafa
From Wikipedia, the free encyclopedia
Şahzadə Mustafa (osman. شهزاده مصطفى, türk. Şahzade Mustafa; 1515 – 6 oktyabr 1553) — Qanuni Sultan Süleyman ilə xanımı Mahidövran Sultanın oğlu. Atası Süleymanın əmriylə edam edilmişdir. Şahzadə Mustafa sultan olmadan haqqında ən çox mərsiyə yazılan tək şahzadədir.
Şahzadə Mustafa | |
---|---|
شهزاده مصطفى | |
![]() Şahzadə Mustafaya aid bir miniatür, 1584 | |
1449 – 6 oktyabr 1553 | |
16 iyul 1542 – 1549 | |
Fevral 1534 – 16 iyul 1542 | |
Sonrakı | Şahzadə Mehmed |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Manisa, Osmanlı imperiyası |
Vəfat tarixi | (38 yaşında) |
Vəfat yeri | Konya, Osmanlı imperiyası |
Vəfat səbəbi | edam |
Dəfn yeri | Şahzadə Mustafa türbəsi |
Fəaliyyəti | qubernator |
Atası | Sultan Süleyman Qanuni |
Anası | Mahidövran Sultan |
Uşaqları |
Nərgisşah Sultan Şahzadə Orxan Şahzadə Mehmed Şahzadə Süleyman Şah Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Dini | İslam |
Hərbi xidmət | |
Mənsubiyyəti | Osmanlı imperiyası |
![]() |
Manisa, Amasya və Konya sancaq bəyliklərində vəzifə almışdır. Atasına qarşı üsyan etdiyi üçün mühakimə olunmuşdur; Naxçıvan yürüşünə gedən Osmanlı ordusunun Konyada yerləşdiyi vaxt padşahın otağında boğdurulmuşdur.[1] Qətli dövlətə qarşı üsyan ilə bağlıdır, lakin dəlillər və şahidlər mövzusu mübahisəlidir.[2] Bəzi tarixçilər Xürrəm Sultanın öz oğullarından birini taxta çıxarmaq üçün Şahzadə Mustafaya tələ qurduğunu və ölümünü hazırladığını iddia edir.[3][4] Həmçinin, 2005-ci ildə Amasiya valiliyi miniatürlərdən ilhamlanaraq Şahzadə Mustafanın bal mum heykəlini hazırlatmışdır. Bu heykəldən dünyada ancaq Amasiyadakı Şahzadə Muzeyində var. Bəzi tarixçilər onun günahsız olduğunu müdafiə edir.