Şamaxıda stadion From Wikipedia, the free encyclopedia
Şamaxı şəhər stadionu — Azərbaycanın Şamaxı şəhərində yerləşən futbol stadionu. Stadionun açılışı 1 noyabr 2021-ci ildə baş tutmuşdur.[1] Stadionda Şamaxı FK ev oyunlarını keçirir.
Şamaxı şəhər stadionu | |
---|---|
| |
Yeri | Şamaxı şəhəri, Şamaxı rayonu, Azərbaycan |
Açılış tarixi | 1 noyabr 2021 |
Tamaşaçı tutumu | 2200 |
Ev sahibi komanda | Şamaxı FK |
Ot örtüyü | süni |
Vikianbarda əlaqəli mediafayllar |
Stadionun inşası üçün ayrılan maliyyə vəsaitinin 87%-i UEFA tərəfindən,[lower-alpha 1] 13%-i isə AFFA tərəfindən təmin olunub[1] və Şamaxı rayon İcra Hakimiyyətinin birgə layihəsi ilə tikilib.[2] İnşaat işləri 2020-ci ildə başlayıb.[2] Açılış 1 noyabr 2021-ci ildə baş tutub.[1] Açılışda Azərbaycan prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva iştirak ediblər.[1]
10 noyabr 2021-ci ildə alınan qərara əsəsən 2022-ci ildən "Keşlə" FK adını "Şamaxı" FK dəyişərək Şamaxı şəhərini təmsil edir və ev oyunlarını da bu stadionda keçirir.[3]
Stadionda ilk oyun 9 aprel 2022-ci ildə baş tutmuş və "Şamaxı" ilə "Neftçi" klubları (1:2) arasında keçirilmişdir. İlk qolu 10-cu dəqiqədə "Şamaxı"nın heyətində Rəhman Hacıyev vurmuşdur.[4]
Stadionun azarkeş tutumu 2200 nəfərdir və UEFA-nın ikinci kateqoriyalı sertifikatına malik olması planlaşdırılır.[1] UEFA klub yarışlarının I, II və III təsnifat mərhələlərinin, eləcə də, əsas milli komandadan başqa bütün yaş qruplarına aid milli komandaların oyunları bu stadionda keçirilə bilər.[1] Əsas meydanın tribunaları tavanla örtülüb və ətrafında qaçış zolağı yerləşir.[2] Ot örtüyü sünidir.[5] Stadion ərazisindəki idman kompleksində güləş və cüdo üçün nəzərdə tutulan zal, eləcə də, fitnes zalı tikilib.[1] Bunlardan əlavə, stadionun ərazisində süni örtüklü iki minimeydança inşa edilib və bu meydançaların 300 nəfər azarkeş tutumuna malik tribunası var.[1]
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.