Şimali Ostrobotniya
Finlandiyanın vilayəti / From Wikipedia, the free encyclopedia
Şimali Ostrobotniya[3] (fin Pohjois-Pohjanmaa; isv. Norra Österbotten) - Finlandiyanın vilayətidir. Bu vilayət Kaynuu, Laplandiya, Şimali Savoniya, Mərkəzi Finlandiya, Mərkəzi Ostrobotniya vilayətləri və Rusiyanın Kareliya Respublikası ilə sərhəddir. Mərkəzi Oulu şəhəridir.
Şimali Ostrobotniya | |||
---|---|---|---|
Pohjois-Pohjanmaa Norra Österbotten | |||
|
|||
65° şm. e. 26° ş. u. | |||
Ölkə | |||
Tarixi və coğrafiyası | |||
Əsası qoyulub | 1 sentyabr 1997 | ||
Sahəsi |
|
||
Əhalisi | |||
Əhalisi |
|
||
Digər | |||
pohjois-pohjanmaa.fi | |||
Xəritəni göstər/gizlə
| |||
Vikianbarda əlaqəli mediafayllar |
1 yanvar 2020-ci il tarixində vilayətin ərazisi 45.852.47 km²-dir: bunun 36.815.41 km²-i quru ərazilər, 2.366.69 km²-i isə daxili sulardır. Vilayət həm də 6.670.37 km² dəniz sahəsinə sahibdir. Vilayət Finlandiyada ikinci ən böyük bölgədir. Vilayətin 31 oktyabr 2020-ci il tarixində 413.705 nəfər əhalisi var idi və Şimali Ostrobotniya əhalisinə görə Finlandiyada dördüncü böyük vilayətdir.[4] Uusimaa və Pirkanmaa ilə yanaşı, Şimali Ostrobotniya Finlandiyanın ən sürətlə təbii artım müşahidə olunan vilayətdir. Bu, qismən böyük ailələrə üstünlük verən müharifəzakar lestadiyalıların əhali içərisindəki böyük payı ilə izah olunur.