From Wikipedia, the free encyclopedia
Şirin Xatun (1450 – bilinmir, Bursa) — 8. Osmanlı sultanı II Bəyazidin xanımlarından.[1][2][3][4][5][6][7][8]
Şirin Xatun | |
---|---|
| |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 1450 |
Vəfat tarixi | bilinmir |
Vəfat yeri | Bursa, Osmanlı imperiyası |
Dəfn yeri | Muradiyə külliyəsi, Bursa |
Həyat yoldaşı | II Bəyazid |
Uşaqları |
Şahzadə Abdullah Aynişah Sultan |
Ailəsi | Osmanlı xanədanı |
Doğum tarixi dəqiq olmasa da, ilk övladı Şahzadə Abdullahın doğum tarixinə əsasən, 1450-ci ildə dünyaya gəldiyi ehtimal olunur. II Bəyazidin Amasya sancaqbəyi olduğu illərdə Amasya sarayına alındığı və bütün övladlarını burada dünyaya gətirdiyi bilinir. Saraya necə alındığı bilinməsə də, vəqf sənədlərində "Abdullah qızı" olaraq anılır və bu səbəblə saraya cariyə olaraq anıldığı anlaşılır. 1464-cü ildə Şahzadə Abdullahı, 1475-ci ildə isə Aynişah Sultanı dünyaya gətirdi.
1480-ci ildə oğlu Şahzadə Abdullah qardaşlarıyla birlikdə babası Fateh Sultan Mehmedin yanına İstanbula göndərildi və burada möhtəşəm mərasimlə sünnət edildi. Mərasimin ardından Trabzon sancaqbəyi təyin edilən oğlu və qızı Aynişah Sultanla birlikdə Trabzona yola düşdü. Cəmi bir il sonra Fateh Sultan Mehmedin vəfatıyla əri II Bəyazid dərhal İstanbula yola düşdü və qardaşı Şahzadə Cemlə girişdiyi taxt mübarizəsinin ardından taxta çıxdı.
Atasının taxta çıxmasından bir müddət sonra oğlunun vəzifə yeri dəyişdirildi və ana-oğul Qaraman əyalətinə yollandı. Oğlunun ölümünədək əyalətin mərkəzi hesab edilən Konyada qalan Şirin Xatun oğlunun vəzifə yerlərində müxtəlif xeyriyyə işləriylə məşğul olmuşdur. Bursada, Trabzonda məktəb və məscid inşa etdirmiş, bunlara yüksək gəlirli mülklər vəqf etmişdir.
Oğlu Şahzadə Abdullahın gənc yaşda vəfatının ardından qalan ömrünü qızı Aynişah Sultanla birlikdə Bursada keçirən Şirin Xatun qızının 1489-cu ildə evlənməsinin ardından tək qaldı. Bursa Muradiyə külliyəsində dəfn olunan oğlunun məzarı üzərində türbə inşa etdirən Şirin Xatun da məhz burada dəfn edilmişdir. Ölüm tarixi məlum olmasa da, 1500-cü illərin əvvəllərində vəfat etdiyi ehtimal olunur.
Seamless Wikipedia browsing. On steroids.
Every time you click a link to Wikipedia, Wiktionary or Wikiquote in your browser's search results, it will show the modern Wikiwand interface.
Wikiwand extension is a five stars, simple, with minimum permission required to keep your browsing private, safe and transparent.